"Bank Respublika" istiqrazlarına 8 investor 8 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
18 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2004002880 dövlət qeydiyyat nömrəli, 15 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjadan Marjaya verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 991.04 AZN (8.9995%) və 1000.00 AZN (8.5%) manat olan 8 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1000.00 AZN (8.5%) manat, orta ölçülmüş qiyməti 1000.00 AZN (8.5%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17 milyon 283 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 18.02.2024-cü ildir.
İstiqrazın illik faiz dərəcəsi 8.5 %, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödəniləcəkdir.
Yerləşdirmə üzrə anderrayter "Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
25 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 42 d. əvvəl
-
48 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























