"Ciddi su çatışmazlığı ilə üzləşə bilərik" - Dövlət Agentliyi xəbərdarlıq etdi
"Yanlış istismarın nəticəsi gələcəkdə fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində, fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəkilində özünü büruzə verəcəkdir".Quba rayonunda çay yataqlarına mümkün mənfi təsirin qarşısının alınması, həmçinin çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə monitorinqlər keçirilib.
Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından məlumat verilib.
Agentliyin mütəxəssisi Sadiq Əmiraslanov bildirib ki, keçirilən monitorinq nəticələri sözügedən regionda qum-çınqılın qanunsuz hasilatı nəticəsində çay məcralarının intensiv sürətdə istismara məruz qaldığını göstərir: "Məcrası 30 metrə qədər dərinləşən çayın kənarlarında yerləşən bağların ərazilərində uçqun baş verib. Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində karxana fəaliyyəti nəticəsində çayın dərəsi 20 metrə qədər dərinləşib və 10 hektar səthə malik göl əmələ gəlib. Qudyalçayda sugötürücü qurğudan aşağı axında yerləşən karxanalar da bərpa olunmayan və ya bərpası çox zəif gedən sahələrdəndir ki, burada da bəzi karxanalarda istismardan sonra gil qatı açılıb.
Beləliklə, Quba-Xaçmaz zonasında Qudyalçayda - “Qudyalçay”, “Qımılçay”, “Zizik”, Qaraçayda – “Qaraçay II”, “Mirzəqışlaq”, “Nügədi”, Vəlvələçayda - “Vəlvələçay I, II”, “Talıbqışlaq”, Çağacuqçayda isə “Cağacuqçay” qum-çınqıl qarışığı yataqlarında intensiv istismar işləri aparıldığına görə çay məcralarının normadan artıq dərinləşməsi, sahillərin isə genişlənməsi baş vermişdir. Sözügedən çaylardakı karxana fəaliyyəti ümumilikdə regionun hidrogeoekoloji şəraitinə mənfi təsir göstərir. Belə ki, qidalanması bu çaylar hesabına olan yeraltı sular, hazırda əksinə olaraq çayları qidalandırır. Həmçinin çaylardakı bu intensiv istismar fəaliyyəti bu regionda su ehtiyatlarının tükənməsinə yeraltı və yerüstü suların çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Bir sözlə, burada qeydə alınan qanunsuz fəaliyyət ətraf ekosistemə ciddi ziyan vurub".
Sadiq Əmiraslanov onu da vurğulayıb ki, qazıntı işləri aparmaq üçün icazəsi olan istismarçı geoloji uçotun aparılması üçün fəaliyyətə mütləq peşəkar geoloqlar cəlb etməlidir.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov bildirib ki, məqsədimiz hasilat işləri aparmaq üçün icazəsi olan istismarçıların fəaliyyətinə maneə törətmək deyil, onlardan sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən dərinlikdə, onlara müvafiq icazə sənədi ilə ayrılan ərazidə qazıntı işlərinin qanuna müvafiq qaydada aparılması tələb olunur. Biz anlamalıyıq ki, ekologiyanın təhlükəsizliyinə vurulan ziyan dövlət təhlükəsizliyinə vurulan ziyana bərabərdir.
Azər Şükürov onu da əlavə edib ki, bütün dünyada, beynəlxalq səviyyədə su qıtlığı ilə mübarizə aparıldığı halda su ehtiyatlarımıza qarşı bu cür yanaşma bizi böyük məsuliyyətə cəlb edir. Bu mövzuda agentlik tərəfindən istismarçılarla dəfələrlə görüşlər təşkil olunmuşdur, ətraf mühitə vurulan ziyanın miqyası müzakirə edilmişdir. Yanlış istismarın nəticəsi gələcəkdə fəaliyyəti zamanı nöqsanlara yol verən həmin sahibkarın öz evində, fəaliyyətində, gündəlik həyatında su qıtlığı şəkilində özünü büruzə verəcəkdir.
Sonda o da qeyd edilib ki, Agentlik icazə sənədi ilə ayrılmayan sahədən və dərinlikdən hasilata və ətraf mühitə dəymiş ziyana görə ödəniləcək cərimələrin məbləğlərini hesablayaraq müəyyən etdiyi ziyan məbləğləri ilə bağlı məhkəmələrdə iddialar qaldırır. Ziyanın yekun məbləği və ödəniş qaydası məhkəmə tərəfindən müəyyən edilir.
Qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirir. Bu qanuna uyğun olaraq dövlət tərəfindən müəyyən edilmiş vəzifə öhdəliklərini həyata keçirən Agentlik mütəmadi olaraq monitorinqlər təşkil edir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 30 d. əvvəl
-
44 d. əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
52 d. əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
57 d. əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
1 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb




























