Naxçıvan məhsullarının Türkiyəyə ixracına dair müzakirələr aparılıb
İyunun 8-də İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilmış görüşdə Azərbaycandan, xüsusilə Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsinə, Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə və ölkələrimiz arasında ticarət məsələlərinə dair müzakirələr aparılıb.
Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıb. 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 88%, o cümlədən ixrac 4 dəfə, idxal isə 18% artıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafına böyük önəm verilir. Naxçıvanın inkişaf etdiyini, müasir infrastrukturun, istehsal müəssisələrinin yaradıldığını diqqətə çatdıran Şahin Mustafayev bu baxımdan Muxtar Respublikanın potensialının reallaşdırılmasının, ixracının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Naxçıvanda istehsal olunan məhsulların Türkiyə ixracının artırılması üçün imkanlar böyükdür. Azərbaycan və Türkiyə prezidentləri bu potensialın reallaşdırılmasına xüsusi önəm verirlər. Bu istiqamətdə indiyədək rəsmi şəxslərin və sahibkarların iştirakı ilə görüşlər keçirilib, qarşılıqlı səfərlər təşkil olunub, müzakirələr aparılıb.
Türkiyə nümayəndə heyəti Naxçıvan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dəstək veriləcəyini, bu istiqamətdə əlaqədar qurum və sahibkarlarla sistemli iş aparıldığını və türk iş adamların Naxçıvana investisiya qoyulmasında maraqlı olduğunu bildirib.
Müzakirələrdə Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, Türkiyənin İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankının yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























