Çavuşoğludan Ukraynanın boğazların bağlanmasına dair tələbinə - Cavab
Xəbər verdiyimiz kimi, fevralın 24-ü Ukrayna Türkiyədən Dardanel və Bosfor boğazlarının bağlanmasını tələb edib.
Türkiyə mediasının məlumatına görə, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunun Montrö razılaşması çərçivəsində mümkün olub-olmayacağına aydınlıq gətirib.
“Ukrayna bizə rəsmi tələb ünvanlayıb. Montrö razılaşmasının maddələri kifayət qədər açıq və dəqiqdir. Türkiyə bu günə qədər bu razılaşmanı tərəddüdsüz həyata keçirib. Yəni, Türkiyənin tərəf olmadığı bir müharibədə müharibə tərəfi olan ölkələrlə bağlı görülə biləcək tədbirlər var. Türkiyə boğazlardan müharibə gəmilərinin keçidini dayandıra bilər. Lakin Montrö razılaşmasında ayrıca bir məqam var. Əgər müharibə tərəfi olan ölkələrin gəmilərinin öz bazalarına geri qayıtması tələbi olarsa, bu zaman gəmilərin keçidinə icazə verilməlidir.
Hazırda mütəxəssislərimiz müharibə halının olub-olmamasını aydınlaşdırır. Müharibə halını hüquqi olaraq qəbul edərsək, bu proses başlayacaq. İkincisi, müharibə halını qəbul edərsək, Montrö razılaşması çərçivəsində hərbi gəmilərin keçidini qadağan edəcəyik. Amma qadağan etsək də, Rusiyanın belə bir haqqı var. Razılaşma yaradılarkən, Rusiya özünəməxsus maddə qoyub. Bunlar 19.20 və 21-ci maddələrdir. Maddə bunları tənzimləyir. Ən sonda deyilir ki, sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq tələbi ilə boğazdan keçmək istəyirsə, ona icazə verilir. Əlbəttə, bu da Türkiyənin Rusiyanın hücumunu müharibə olaraq qəbul etməsini gərəkdirir”.
Qeyd edək ki, Boğazlar məsələsi XVIII əsrin sonlarında Bosfor (İstanbul) və Dardanel (Çanaqqala) boğazlarından xarici gəmilərin keçməsi qaydaları ilə bağlı Osmanlı dövləti ilə Rusiya, Avstriya, Prussiya, İngiltərə və Fransa arasında münaqişəyə səbəb olmuş və sonralar davam etmiş beynəlxalq siyasi məsələdir.
1936-cı ildə keçirilmiş Montrö konfransında Boğazlar məsələsi haqqında Lozanna sazişinə yenidən baxılıb. Türkiyəyə boğazlarda silahlı qüvvələr saxlamaq, bütün ölkələrin ticarət gəmilərinə isə dinc dövrdə və müharibə şəraitində boğazlardan sərbəst istifadə hüququ verilib.
Belə ki, Türkiyə müharibədə iştirak edərsə, boğazlardan hər hansı bir gəminin keçməsinə icazə verilib-verilməməsini özü həll etməli, müharibədə özü iştirak etmədikdə isə digər vuruşan dövlətlərin hərbi gəmiləri boğazlardan keçməməli idi.
İkinci dünya müharibəsindən sonra ABŞ, SSRİ və Böyük Britaniyanın dövlət başçılarının iştirakı ilə keçirilən Berlin (Podstam) konfransında (1945) Montrö sazişində dəyişikliklər edilməsi ilə bağlı tərəflərin Türkiyə ilə danışıqlar aparması qərara alınıb. 1945 və 1946-cı illərdə bütün xarici ölkələrin ticarət və hərbi gəmilərinin boğazlardan sərbəst keçməsi, Montrö sazişinin bəzi maddələrinin dəyişdirilməsi, zərurət yarandıqda boğazların müdafiəsinə SSRİ-ni də qoşulması tələbləri ilə ABŞ, SSRİ və Böyük Britaniya ayrı-ayrılıqda Türkiyəyə nota göndəriblər. Türkiyə hökuməti suverenliyinə və təhlükəsizliyinə xələl gətirən və Montrö sazişinin şərtlərinə zidd olan təklifləri rədd edib. 20 il müddətinə bağlanan Montrö sazişinin şərtlərinə uyğun olaraq, onu imzalayan dövlətlər saziş müddətinin qurtarmasına iki il qalmış etiraz etmədikdə saziş avtomatik olaraq hər dəfə daha 20 il müddətinə qüvvədə qalır. Montrö sazişi indiyədək qüvvəsini itirməyib.
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
“Qafqazinfo”
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
14 d. əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 48 d. əvvəl
-
-
53 d. əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 57 d. əvvəl
-
1 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
Ən çox oxunanlar
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib

























