Rusiyanın müdafiə naziri Sergey Şoyqu haradadır?
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun martın 11-dən sonra ictimaiyyət arasında görünməməsi Qərb mətbuatında ciddi müzakirələrə səbəb olub.
Bu barədə müxtəlif versiyalar səsləndirilir. Bəzi analitiklər hesab edirlər ki, nazirin ortalıqdan yoxa çıxması Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olması, eləcə də bunun Prezident Vladimir Putinin komandasında yaratdığı fikir ayrılıqları və parçalanmalarla bağlıdır. Onların fikrincə, Kremllə ordu rəhbərliyi arasında fikir ayrılığı var. Digər bir versiyaya görə, sadəcə S.Şoyqunun səhhətində ciddi problemlər yaranıb, ona görə də tədbirlərdə görünmür, mətbuatın qarşısına çıxmır.
Maraqlıdır ki, Rusiyanın Ukraynana hərbi müdaxiləsinin hələ ilk günlərində bir çox politoloqlar, hərbi ekspertlər müharibədən sonra S.Şoyqunun vəzifəsindən kənarlaşdırılacağını proqnozlaşdırırdılar. Çünki ordu ümidləri doğrultmamış, ən qısa vaxtda paytaxt Kiyevə girməyi bacarmamışdı.
İddiaların daha da artdığı bir vaxtda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib.
“Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”, - o söyləyib.
D.Peskov müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: “Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.
Kreml sözçüsünün bu açıqlamanı verdiyi bir vaxtda S.Şoyqu barədə başqa bir informasiya da yayılıb. “RİA Novosti” xəbər verir ki, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb.
Lakin agentlik S.Şoyqunun iclas keçirdiyinə dair foto və video yaymayıb.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
12 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi


























