Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanksiyalar paketini açıqlayıb
Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Aİ Şurası bu gün Rusiyaya qarşı beşinci iqtisadi və fərdi sanksiyalar paketini açıqlayıb.
Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, yeni razılaşdırılmış paket Rusiya hökumətinə və iqtisadiyyatına təzyiqi gücləndirmək və Kremlin aqressiya üçün resurslarını məhdudlaşdırmaq üçün bir sıra tədbirləri əhatə edir:
- 2022-ci ilin avqust ayından etibarən Rusiyada istehsal olunan və ya Rusiyadan ixrac edilən kömür və digər bərk yanacaqların Aİ-yə ixracına qadağa qoyulur. Hazırda Aİ-yə kömür idxalı ildə 8 milyard avro təşkil edir.
- Rusiya bayrağı altında qeydiyyatdan keçmiş gəmilərin Aİ limanlarına girişi qadağan edilir. Kənd təsərrüfatı və ərzaq məhsulları, humanitar yardım və enerji daşıyan gəmilərə müəyyən güzəştlər verilir.
- Rusiya və Belarusun hər hansı avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində tranzit malların daşınmasına mane olan qadağa tətbiq olunur. Buğda da daxil olmaqla, əczaçılıq, tibbi, kənd təsərrüfatı və ərzaq məhsulları və humanitar məqsədlər üçün avtomobil nəqliyyatına güzəştlər verilir.
- Reaktiv yanacaq, kvant kompüterləri və yüksək yarımkeçiricilər, yüksək səviyyəli elektronika, proqram təminatı, həssas maşın və nəqliyyat avadanlığı kimi məhsullara eksport qadağası və həmçinin ağac, sement, gübrələr, dəniz məhsulları və içki kimi məhsullarana import qadağası tətbiq olunur. Razılaşdırılmış ixrac və idxal qadağaları yalnız müvafiq olaraq 10 milyard avro və 5,5 milyard avro təşkil edir.
- Mövcud tədbirləri gücləndirmək və boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulmuş bir sıra məqsədyönlü iqtisadi tədbirlər həyata keçirilir. Məsələn: Rusiya şirkətlərinin AI-yə üzv dövlətlərdə dövlət satınalmalarında iştirakına Aİ-nin ümumi qadağası, Rusiyanın dövlət orqanlarına bütün maliyyə dəstəyinin dayandırılması. Aİ-yə üzv dövlətlərin hər hansı rəsmi valyutasında nominalda olan əskinasların və köçürülə bilən qiymətli kağızların Rusiya və Belarusa, yaxud Rusiya və Belarusdakı hər hansı fiziki və ya hüquqi şəxsə, quruma və ya orqana satışına geniş qadağa.
Bundan əlavə, Aİ Şurası məhsulları və ya texnologiyaları işğalda rol oynamış şirkətlərə, əsas oliqarxlara və iş adamlarına, yüksək rütbəli Kreml məmurlarına, dezinformasiya və informasiya manipulyasiyasının tərəfdarlarına, Rusiyanın Ukraynadakı müharibə təcavüzü ilə bağlı Kremlin narrativini sistematik şəkildə yaymağa qərar verənlərə qarşı sanksiyalar tətbiq edir. Eləcə də artıq sanksiyaya məruz qalmış şəxslərin ailə üzvlərinə sanksiyalar təbiq olunur.
Rusiya bank sektorunda bazar payının 23%-ni təşkil edən dörd əsas Rusiya bankına tam əməliyyat qadağası qoyulub. SWIFT-dən çıxarıldıqdan sonra bu bankların aktivləri dondurulacaq və bununla da Aİ bazarları ilə əlaqəsi tamamilə kəsiləcək.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























