Soyuq anbar: nə üçündür və bundan kim faydalanacaq?
Elə bir dövrdə yaşayırıq ki, dünyanın hər yerində, həmçinin ölkəmizdə insanlar supermarketə və ya istənilən ərzaq dükanına gedərək ilin bütün fəsillərində təzə məhsul tapa bilərlər. Müasir texnologiyalar sayəsində təzə, tez xarab olan qidaların keyfiyyətlə bağlı heç bir riskə məruz qalmadan dünyanın bir başından o biri başına çatdırılması mümkündür. Belə ki, soyuq tədarük zənciri vasitəsi ilə təzə və idxal olunan məhsulların bolluğuna nail olunur. Bu mövzudan bəhs edərkən qida məhsullarının saxlanılmasına imkan yaradan soyuq və dondurulmuş məhsullar üçün nəzərdə tutulmuş anbarları xüsusi qeyd etməyə dəyər. Bəs nədir soyuq anbarı belə xüsusi edən? Soyuq anbar müasir, ən yeni avadanlıqların istifadə olunduğu mürəkkəb texnolojı bir prosesdir və ənənəvi anbardan daha böyük investisiya tələb edir.
Yəqin təxmin edirsiniz ki, müxtəlif məhsul növləri saxlanılmalı olduqları temperatur dərəcəsindən və soyuq anbar ilə nəqliyyat vasitəsi arasındakı müddətdən asılı olaraq fərqli rəf ömrünə malikdir. Soyuq temperaturda və ya ən azından temperaturuna nəzarət edilməli olan anbarda saxlanılması mütləq olan məhsullar sırasına tez xarab olan qida məhsulları, meyvə və tərəvəz, ət və dəniz məhsulları, süd məhsulları, gül və bitkilər, biofarmaseptik məhsullar, hətta kosmetika, tekstil məhsulları və müəyyən incənət əsərləri növləri daxildir.
Soyuq saxlanma prosesi nədir?
Bir istehlakçı kimi təxminən hər gün süd və qatıq, ət və tərəvəzdən istifadə edirik. Bundan əlavə, aldığımız və istehlakçısı olduğumuz məhsulların kefiyyəti ilə bağlı daima düşünürük. Məhz bu səbəbdən məhsulların saxlanılması və onların keyfiyyəti bizim üçün prioritetdir. Eynilə bizim kimi bu məhsulları istehsal edən şirkətlər də malların təhlükəsiz şəraitdə saxlanılması üçün tədbirlər görürlər. Lakin son tendensiya odur ki, artıq bu kimi məhsulların saxlanılmasına xidmət edən soyuducular soyuq anbarlarla əvəz olunur.
Soyuq anbar ilk növbədə rəf ömrü qısa olan və adi şəraitdə saxlanıldıqda xarab ola bilən malları saxlamaq üçündür. Bu qida məhsulları optimal şəraitdə - ilk növbədə aşağı temperaturlu və hər məhsul üçün tələb olunan rütubət dərəcəsində - saxlanılır. Demək olar ki, soyuq anbardakı bütün otaqlar orada saxlanılacaq məhsullara uyğun şəkildə tərtib olunur və əvvəlcədən konfiqurasiya edilir. Bəzi soyuq otaqların temperatur və rütubəti ehtiyaca uyğun şəkildə tənzimlənə bilir.
Bu məsələ ilə bağlı biz nə edə bilərik?
“Araz” supermarketlərindəki və “Oba” marketlərindəki bütün müştərilərimiz üçün məhsulların keyfiyyəti və təzəliyini təkmilləşdirmək ilə bağlı düşündükdə, öz soyuq anbarımızı yaratmaq qərarına gəldik. Bu logistik mərkəz Bakı şəhəri yaxınlığındakı Məhəmmədi kəndi ərazisində yerləşəcək. Tikinti sürətlə davam edir: artıq polad tökülüb və növbəti həftələrdə daha təməlli işlər başlayacaqdır. Soyuq anbarın 2022-ci ilin noyabr ayında hazır olmasını planlaşdırırıq. Bu layihənin vaxtında və ən yaxşı keyfiyyətlə tamamlanması üçün 25 milyon manat investisiya yatırmaq öhdəliyi götürmüşük. Bundan əlavə, məhsulların mükəmməl keyfiyyətdə çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 35 ədəd ikili temperaturu olan yük avtomobillərinə investisiya yatırırıq.
Təsiri nə olacaq?
Bu distribusiya mərkəzi 11,000 m2 sahəyə malikdir və bütün dondurulmuş, təzə ət və süd məhsullarının, həm də meyvə və tərəvəzin təravətli saxlanılmasına xidmət edəcək. Məhsulların mükəmməl şəraitdə saxlanılması üçün temperatur və rütubəti avtomatik tənzimlənəcək və hər hansı bir yayınmalar olarsa mobil xəbərdarlıq sistemi vasitəsi ilə bu barədə dərhal xəbərdar olacağıq.
Bu mərkəz vasitəsi ilə həftənin 7 günü ərzində 5000 dükana xidmət göstərməyi nəzərdə tuturuq. 600 yeni iş yerinin yaradılması isə bu logistika mərkəzi vasitəsi ilə nail olacağımız önəmli nəticələrdən biridir. Bu, həm də yerli istedadların peşəkar olaraq yetişdirilməsi, insanların karyera ilə təmin edilməsi və dünya səviyyəsində əməliyyatları reallaşdırmaq üçün inkişafı deməkdir. Biz vahid və xərclər baxımından sərfəli olan distribusiya mərkəzimiz vasitəsi ilə müştəri bazamınızı yerli və beynəlxalq təchizatçılar üçün əlçatan edəcəyik. Bu anbar yalnız məhsulların təravətli saxlanılmasına deyil, eyni zamanda ərzaq təhükəsizliyinə xidmət edəcək. Biz həmçinin təzə məhsulları hazırlayan istehsalçılar və fermerlərlə birbaşa əməkdaşlıq edəcəyik.
Böyük şəklə baxsaq deyə bilərik ki, bu mərkəz istehlakçılarla daha geniş çeşiddə və yaxşı keyfiyyətli məhsulları münasib qiymətə əldə etməyə imkan verəcəkdir. Biznesin həcmindən istifadə edərək müştərilərimiz üçün daha münasib qiymətlərin əldə olunası məqsədi ilə daha yaxşı danışıqlar apara biləcəyik və beləliklə mağazalara məhsulları mümkün olan ən uyğun qiymətə çatdırmaq imkanımız olacaq. Bizim logistika mərkəzimizdə ən müasir avadanlıqlar və dünya səviyyəli əməliyyatların icrası üçün hər cür imkan var. Amma ən dəyərli resursumuz bütün Azərbaycanın müxtəlif məhsullarla təmin olması üçün çalışan peşəkar və zəhmətkeş insanlardan ibarət olan komandamızdır.
Müəllif: Jalə Əzizova, Veysəloğlu Şirkətlər Qrupu
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
5 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
5 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
6 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib






















