“PMD Group” MMC idmanın inkişafına öz layiqli töhfəsini verməkdə davam edir!
(®) İyulun 3-ü Pirallahı adasında “PMD Group” MMC-nin baş sponsorluğu, “Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “IronWind 70.3” turniri təşkil olunub.
90-dan artıq iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. İdmançılar əvvəlcə 1,9 kilometr məsafəyə üzüblər. Sonra 90 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 21,1 kilometr qaçıblar. Turnirdə həm peşəkar, həm də həvəskar idmançılar fərdi və komanda şəklində iştirak ediblər.
Kişilər arasında ukraynalı idmançı Daniil Sapunov birinci, Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, qazaxıstanlı idmançılar Dina Şaimerdenova, Aynur Kumarova və Azərbaycanın ilk və yeganə “İron Woman” idmançısı Rəbiyyə Orucova tutublar.
“PMD Group” MMC davamlı olaraq həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində ölkəmizdə idman sahəsinin inkişafına öz töhfəsini verməklə yanaşı, əhali arasında sağlam həyat tərzinin təbliq edilməsi istiqamətində də öz fəaliyyətini genişləndirməkdə davam edir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
59 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim




























