Türkiyə ilin sonuna kimi ölkənin cənubunda 10 neft yatağının işlənməsinə başlamaq niyyətindədir
Türkiyənin energetika naziri Fatih Dönməz cümə axşamı bildirib ki, Türkiyə 2022-ci ilin sonuna kimi ölkənin cənubunda 10 neft yatağının işlənməsinə başlamağı planlaşdırır.
“Hazırda “Çukurova-1” və “Çukurova-2” yataqlarında işlərə başlanılıb. Bunların dərinliyi müvafiq olaraq 430 və 358 metr olan dayaz quyulardır ki, biz bu quyularda hədəflərimizə daha tez çatırıq, neft hasilatı və investisiya dəyəri xeyli aşağıdır. Deyə bilərik ki, biz ən yüksək dərəcəli “iqtisadi nefti” də tapmışıq. Hazırda rayonda belə yataqlar var, ilin sonuna kimi daha səkkizinin açılmasını və onlarda işə başlamağı planlaşdırırıq”, - nazir "Habertürk" telekanalının efirində deyib.
Türkiyənin Energetika nazirinin sözlərinə görə, hazırda regionda neft ehtiyatları 7,5-8 milyon barel qiymətləndirilir ki, bu da təxminən 1 milyard dollardır: “Mütəxəssislərin fikrincə, potensial ehtiyatlar səkkiz-on dəfə çox da ola bilər”.
O xatırladıb ki, Türkiyə hazırda demək olar ki, bütün enerji resurslarını idxal edir. "Biz neftin 92%-ni, qazın 99%-ni idxal edirik", - nazir əlavə edib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
23 d. əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
6 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
23 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"


























