Azərbaycan startapı Almaniya şirkətlərinə təqdim ediləcək
11 avqust 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Gürcüstan Alman Biznes Assosiasiyası (DWV) və Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda “Start.Up! Germany Pitch Event 2022” tədbirini təşkil edib.
Nəticədə Məhəmməd Kekalov tərəfindən təmsil olunan azərbaycanlı startap KekaMaps və Otar Davitadzenin təmsil etdiyi gürcü startapı Costy münsiflər heyəti tərəfindən müsabiqənin ən yaxşı startapı seçiliblər.
Onlar Almanyada keçiriləcək “Start.Up! Germany Tour 2022” müsabiqəsində iştirak etmək imkanı uğrunda yarışıb və 2022-ci ilin oktyabr ayında öz innovativ biznes ideyalarını alman korporasiyalarına və beynəlxalq şirkətlərə təqdim etmək imkanı qazanıblar.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) yaydığı məlumatda bildirilir ki, AHK Azərbaycanın İcraçı direktorunun müavini, cənab Fabian Zittlau, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin Missiya üzrə Müdir müavini cənab Hayko Şvarç və Gürcüstanın Azərbaycandakı Səfirliyinin fövqəladə və səlahiyyətli elçisi cənab Revaz Sakvarelidze tədbirin rəsmi hissəsini açaraq rəqabət aparan doqquz gürcü və azərbaycanlı startap təmsilçilərini, yüksək vəzifəli münsiflər heyətini, eləcə də alman-azərbaycan biznes cəmiyyətinin üzvlərini salamlayıblar. Bununla yanaşı, Sparkassenstiftung Bakı nümayəndəliyinin ölkə üzrə nümayəndəsi Eduard Şmit, EKM Global şirkətinin məsləhətçisi cənab Elşən Musayev, Rödl & Partner şirkətinin nümayəndəlik rəhbəri Elçin Usub və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə Ekosisteminin İnkişafı Departamentinin rəhbəri Leyla Hacıyeva münsiflər heyətini təmsil ediblər.
Tədbir qaydalarının təqdimatının ardınca ATruck, AzAstro Technologies, KekaMaps, Recepta, və Satelyzer LLC adlı azərbaycanlı startapçı şirkətlərə öz biznes modelləri və yenilikçi məhsullarını təqdim etmələri üçün üç dəqiqə vaxt verilib. Onlar DG Systems, Styx, Corvis, və Costy adlı gürcü startapçı şirkətlərə qarşı yarışıblar. Daha sonra təmsilçilər münsiflər heyətinin startaplar ilə bağlı suallarını cavablandırıblar
Sonda münsiflər heyəti və tədbir iştirakçıları ən yaxşı startapların seçilməsi üçün öz rəylərini paylaşıblar. Ən yaxşı dörd startap Kekamaps, Satelyzer, Costy və Styx Almaniyanın Berlin şəhərində 22 və 23 oktyabrda keçiriləcək 2022 Sahibkarlıq Sammitində iştirak etmə imkanı əldə ediblər. Bundan əlavə, startapların hər biri Lufthansa-dan eksklüziv uçuş biletləri qazanıblar. Müsabiqənin qalibləri olaraq, KekaMaps və Costy əlavə olaraq Beynəlxalq Pitch Müsabiqəsində digər startaplar ilə birgə yarışıb finala çıxmaq imkanı və 23-27 Oktyabr 2022-ci il tarixlərində Şimali Reyn Vestfaliyada keçiriləcək “Start.up Germany Tour 2022”-də tanınmış alman transmilli şirkətləri və innovativ KOM-ları ilə görüşmək şansı əldə edəcəklər.
Əlavə olaraq AHK Azərbaycan bu layihə çərçivəsində 11-12 avqust 2022-ci il tarixlərində “Start.up! Bakı turu” təşkil edib. Tur Gürcüstan və Azərbaycanın kənd ərazilərində ümumi problemlərin həlli üçün hər iki ölkədən olan iştirakçı startapların birgə seminarı ilə başlayıb. Daha sonra, gürcü startapları müxtəlif inkubasiya və texnoloji mərkəzlərə baş çəkərək Azərbaycanın startap ekosistemi ilə tanış olublar.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 saat sonra
-
-
1 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
Azərbaycan neftinin son qiyməti
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək


























