7-ci Smart Electronics mağazası açıldı
(®) Geniş çeşidli və yüksək keyfiyyətli məhsulları ilə alıcıların istəklərinə daim cavab verən elektronika məhsullarının satış şəbəkəsi Smart Electronics 7-ci mağazasını açıb.
Şəhər ətrafı qəsəbələrdə yaşayan insanların rahatlığını nəzərə alaraq şirkətin növbəti filialı Hövsan qəsəbəsi, Elman Qasımov 17 ünvanında fəaliyyətə başlayıb.
Yeni Hövsan filialının açılışına gələnlərə mağaza konsepti, yeni məhsullar, ev tekstili və mətbəxt əşyaları nümayiş etdirilib. Qonaqlar üçün xüsusi endirimlərlə yanaşı, Şans Çarxı lotereyası da təşkil olunub.
Alıcılara ev üçün lazım olan daha çox əşyanı bir ünvanda təqdim etmək məqsədilə Smart Electronics artıq yeni filialında mebel satışı da həyəta keçirir. Belə ki, Hövsan filialı “Saloğlu” şirkətinin yeni ekonom büdcəli mebel markası olan “Venzana” mebellərini sərfəli şərtlərlə təklif edir.
Artıq altı ildir elektronika bazarında böyüməkdə olan Smart Electronics açılışa özəl kampaniyada 30 sentyabradək bütün smartfon və planşetlərə 18 ay, digər bütün noutbuk, məişət əşyaları, aksessuarlar və 100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız hissəli ödəniş imkanı yaradır. Smart Electronics, həmçinin nağd alışlarda hədiyyələr və Umico ilə alış verişdə 7 % - dək keşbək təklif edir.
Yeni filial və digər filiallardakı yeniliklərlə bağlı www.smartelectronics.az saytında daha ətraflı məlumat əldə etmək mümkündür. Bundan əlavə, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq doğru məhsulu seçmək üçün mütəxəssis köməyindən də yararlana bilərlər.
Qeyd edək ki, bölgələrdə olan müştərilərinə daha yaxın olmaq üçün tezliklə Smart Electronics-in regional filialları da fəaliyyətə başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 d. əvvəl
-
7 d. əvvəl
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect”, “TuranBank”, “Rabitəbank”...
-
32 d. əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
- 44 d. əvvəl
- 49 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
-
1 saat əvvəl
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü
-
1 saat əvvəl
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bu mallar da gömrük rüsumlarından azad olunur
Ən çox oxunanlar
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti


























