Büdcənin sosial müdafiə və sosial təminat xərcləri artırılır
2023-cü ildə dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə proqnoz göstəricilərinə görə, sosial müdafiə və sosial təminat xərcləri 683.2 milyon manat artımla 4 milyard 411.8 milyon manat proqnozlaşdırılır.
Marja xəbər verir ki, bu, 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.
2022-ci il üzrə sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728.6 milyon manat nəzərdə tutulur.
Xəbər verdiyimiz kimi, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır. 2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7 milyon manat və ya 17 faiz az olmaqla 2 milyard 579,3 milyon manat nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 15 d. əvvəl
-
29 d. əvvəl
Nazir müavini: "Son 5 ildə gənclərin təhsilinə 2 milyard dollar pul ayrılıb"
-
31 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
- 42 d. əvvəl
- 49 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək





















