Yaponiya 24 ildən sonra ilk dəfə yenə müdaxilə etdi
ABŞ-la fərqli pul-kredit siyasətinə görə bu il yen dolar qarşısında 20% ucuzlaşıb. Dollar/yen məzənnəsi 1998-ci ildəki Asiya böhranından sonra ilk dəfə 145 yeni keçib. Bununla əlaqədar olaraq Yaponiya valyuta bazarına müdaxilə edib.Yaponiya 1998-ci ildən bəri ilk dəfə valyuta bazarına yenin ucuzlaşması ilə əlaqədar olaraq müdaxilə edib (intervensiya - yen alınıb, dollar satılıb). Yaponiya valyutasının uculaşmasının səbəbi ABŞ-la pul siyasətinin fərqliənməsidir.
Marja.az xəbər verir ki, cümə axşamı günü ani və birtərəfli hərəkətlər səbəbindən valyuta bazarına müdaxilə edildiyi açıqlanıb. Bu addımdan sonra yen dollar qarşısında 1,1 faiz dəyər qazanıb.
Bu, Yaponiya Mərkəzi Bankı və Yaponiya hakimiyyət orqanları tərəfindən son 24 il üç ay ərzində həyata keçirilən ilk valyuta müdaxiləsidir. Milli valyutanın məzənnəsini tənzimləmək üçün Mərkəzi Bank sonuncu dəfə 1998-ci il iyunun 17-də yen almış və dollar satmışdı. Eyni zamanda, məqsədi milli valyutanın dollara nisbətdə ucuzlaşdırılması olan əks valyuta intervensiyası (dollar alınıb, yen satılıb) sonuncu dəfə 2011-ci ilin noyabrında həyata keçirilmişdi.
Xəzinədarlıq cümə axşamı səhər açıq şəkildə bildirib ki, yenin dollara nisbətdə kəskin ucuzlaşmasının qarşısını almaq üçün əlavə valyuta müdaxiləsi etməyə hazırdır: "Biz həddindən artıq valyuta dalğalanmalarını qəbul edə bilmərik və əlimizdə olan bütün vasitələrdən istifadə etməyə hazırıq".
Müdaxilə 1998-ci ildən bəri ilk dəfə məzənnənin 145-i keçməsindən sonra baş verib, çünki Yaponiya Bankı (BOJ) Fed-in siyasət faizini 75 bənd artırması qərarından sonra ultra aşağı faiz dərəcələrini dəyişməz saxlayıb.
Yapon rəsmiləri son həftələrdə şifahi xəbərdarlıqlarını artırmışdılar: "Hökumət hərəkətə keçməyə hazırdır və istənilən vaxt bazara gizli müdaxilə edə bilər".
Valyuta bazarına müdaxilə, uzun müddətdir ticarət tərəfdaşları tərəfindən öz ixracatçılarına valyuta üstünlüyü təmin etmək üçün daha zəif valyutaya göz yumduğuna və hətta təşviq etdiyinə görə tənqid edilən Yaponiya üçün qeyri-adi addım hesab olunurdu.
1998-ci ildə Asiya böhranı zamanı dollar/yen məzənnəsi 146-ya çatmış və kövrək iqtisadiyyatı təhdid etmişdi.
Bu il dollar qarşısında 20 faiz dəyər itirən yen, G-10 ölkələri arasında ən pis performans göstərən valyutadır. BOJ isə, yüksək inflyasiyanı cilovlamaq üçün aqressiv şəkildə faiz dərəcələrini artıran və faiz dərəcələrini sabit saxlayan FED-dən fərqli olaraq mənfi faizini dəyişməz saxlayır.
Cümə axşamı, Yaponiya Mərkəzi Bankının rəhbərliyi qısamüddətli kreditlər üzrə mənfi dərəcəsini mənfi 0,1% səviyyəsində saxlamaq qərarına gəlib. Dollar dərhal 145 yenini keçib. Bu, son 24 ildə Yaponiya valyutasının ən böyük dəyər itirməsi idi. Mərkəzi Bankın rəhbəri Haruhiko Kuroda da yaxın iki-üç il ərzində uçot dərəcəsinin artırılmasının planlaşdırılmadığını vurğulayıb.
Yaponiya Bankı ölkədə işgüzar fəallığı stimullaşdırmaq üçün faktiki olaraq mənfi kredit faizləri siyasətini həyata keçirir. Bu, ABŞ Federal Ehtiyat Sisteminin kreditlər üzrə faiz dərəcəsini dəfələrlə qaldıran və dollarla ifadə olunan maliyyə alətlərini cəlbedici edən taktikası ilə kəskin ziddiyyət təşkil edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 d. əvvəl
-
-
19 d. əvvəl
500 mindən çox sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub
- 20 d. əvvəl
-
21 d. əvvəl
Malların anbarlarda saxlanılması gömrük orqanının icazəsi ilə həyata keçiriləcək
-
43 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
44 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Bank of Baku”da növbədənkənar yığıncaq keçiriləcək
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Ən çox oxunanlar
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı





























