Coca-Cola Azərbaycanda qadın mühəndislər üçün yeni layihəyə başlayır
Layihəyə iştirakçıları cəlb etmək məqsədilə "Coca-Cola Azərbaycan" Bakı Mühəndislik Universiteti ilə anlaşma memorandumu imzalayıb.Coca-Cola Azərbaycanda qadın mühəndislər üçün “Women Scholarship for Engineers” adlı yeni layihəyə start verir.
Layihənin məqsədi istehsalatda qadın mühəndislərin sayının artırılmasına, xüsusi texniki sahələrdə qadınların işlə təmin olunmasına və karyera inkişafına dəstək olmaqdır.
Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova ölkədə qadınların iqtisadi inkişafına önəm verdiklərini vurğulayıb: “Azərbaycan cəmiyyətində qadınlar həmişə aktiv fəaliyyətdə olub. Coca-Cola şirkəti də öz növbəsində cəmiyyətin hər sahəsində qadınların iştirakını vacib hesab edir. Elə buna görə də şirkətimiz mühəndislik sahəsində təhsil alan qızlarımızın təcrübəli və ixtisaslaşmış mühəndislərə çevrilməyinə dəstək olmaq məqsədi ilə yeni layihəyə başlayıb. Bu proqram bizə istedadlı mühəndis qadınları şirkətimizə cəlb etməkdə kömək edəcək”.
Layihəyə iştirakçıları cəlb etmək məqsədilə Coca-Cola Azərbaycan Bakı Mühəndislik Universiteti ilə anlaşma memorandumu imzalayıb.
Müqaviləyə əsasən mühəndislik istiqamətində təhsil alan, ingilis dili bilikləri, analitik düşünmə tərzi, komandada çalışma bacarığı olan çevik tələbələr layihəyə müraciət edə bilərlər. Seçim prosesi şirkətin məsul şəxsləri ilə müsahibə, eyni zamanda ingilis dili və məntiq biliyi üzrə test yolu ilə aparılacaq.
Seçilmiş namizədlərə Coca-Cola böyük fürsət təklif edir. Belə ki, proqram iştirakçıları 3 aylıq təqaüd və Coca-Colanın Təchizat Sistemləri departamentində 6 aylıq ödənişli təcrübə imkanı qazanacaqlar.
Qeyd edək ki, bundan əvvəl Coca-Cola şirkəti Azərbaycanda fəaliyyət göstərən universitetlərin tələbələri üçün “Next Talent” adlı təqaüd əsaslı təcrübə proqramına start verib.
Xatırladaq ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
7 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
24 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 41 d. əvvəl
-
47 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























