Tədarük məntəqələrinə 150 min tona yaxın pambıq təhvil verilib
Azərbaycanın bölgələrində pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu il fermerlər tərəfindən 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Bu günə qədər tədarük məntəqələrinə kondisiya çəkidə 150 min tona yaxın məhsul təhvil verilib.
Respublikanın əsas pambıqçılıq rayonlarından olan Bərdədə pambıq yığımı davam edir. Məhsulun vaxtında və itkisiz tədarük edilməsi üçün əraziyə kifayət sayda pambıqyığan kombayn, traktor və qoşqular cəlb olunub.
Bu il rayonun fermerləri 11 min hektardan artıq sahədə pambıq becəriblər. Pambıq yığımına 48 kombayn cəlb olunub. Məhsulun mexanikləşdirilmiş üsulla birinci yığımında bir çox sahələrdən hər hektardan 35-40 sentner məhsul götürülür.
Bu günə kimi bərdəli fermerlər pambıq tədarükü məntəqələrinə kondisiya çəkidə 14 min tona yaxın məhsul təhvil veriblər. Rayon üzrə orta məhsuldarlıq 13 sentnerə çatıb. Fermerlər təhvil verdikləri pambığın pulunu bir həftə ərzində alırlar.
Dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Respublikada pambıq yığımı davam edir. Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























