Məhsullarda qram hiyləsi - QİYMƏTİ EYNİ QALIR, ÇƏKİSİ AZALIR
Bəzi şirkətlər “məhsul daha da baha olarsa satışı azalar” düşüncəsi ilə “çəki” arxasında gizlənirlər. Məhsulun qiyməti eyni qalır, amma çəkisi günü-gündən azalır.Qablaşdırma və qiymət dəyişməz saxlanılır, lakin məhsulun çəkisi azadılır.
Marja xəbər verir ki, son günlər marketlərdə satılan bir çox qida və qeyri-qida məhsullarının qiymətinin eyni qaldığı, amma qramının günü-gündən "əridiyi" müşahidə olunur.
Bəzi şirkətlər guya qiymətləri artırmadıqları görüntüsü yaratmaq üçün "çəki oyunu" oynayırlar. Məqsəd istehlakçı qavrayışından istifadə edərək satışlarını qoruyub saxlamaqdır. İstehlakçıya qiymət eyni görünsə də, aldığı məhsul eyni çəkidə deyil.
Marja.az-ın marketlərdə müşahidələri göstərib ki, bir sıra yerli və xarici istehsalçılar məhsullarının çəkisini azaldıblar, amma qiyməti sabit saxlayıblar. Məsələn, yerli iri qida məhsulları istehsalçılarından biri əvvəllər 500 qram qablaşdırmada satdığı çanaq pendiri məhsulunu hazırda 400 qram qablaşdırmada təklif edir, amma qiymət çəkinin azaldılması ilə bərabər azaldılmayıb.
Dünya şöhrətli təmizlik vasitələri istehsalçısı əvvəllər 500 qramlıq saç şampunu məhsulunun qablaşdırılması əvvəlki boyda saxlayıb, çəkisini isə 360 qrama endirib. Məhsulun qiymətini azalan çəkiyə mütənasib endirməyib. Həmin şampun məhsulunun qabı az qala yarıyadək boşdur, hətta məhsulun qapağını açıb diqqətlə baxan müştərilər şampunun yarısının götürüldüyündən şübhələnirlər.
MƏQSƏD İSTEHLAKÇINI ÇAŞDIRMAQDIR
Mütəxəssilər bildirirlər ki, məhsulun qablaşdırılmasını böyük saxlamaqda və içərisindəki məhsulun çəkisini azaltmaqda məqsəd istehlakçını çaşdırmaqdır. Böyük qablaşdırma vətəndaşlarda daha çox çəki təsəvvürü yaradır. Adətən qiymətlər sürətlə artan zaman qida istehsalçıları bu üsula əl atırlar. Azərbaycanda devalvasiyalar zamanı bir sıra şirkətlər "çəki oyunundan" geniş istifadə etmişdilər.
Mütəxəssislər isə vətəndaşlara xəbərdarlıq edir ki, alış-veriş edərkən bu vəziyyətə aldanmasınlar, məhsulun üzərindəki çəkisi ilə qiymətini müqayisə etsinlər.
Digər bir problem, alıcıların çəkini (məhsulun qramını) görməmələri üçün onun kiçik yazılmasıdır. Başqa bir problem isə, məhsulun çəkisinin üzrərində yazılan qram ilə üst-üstə düşməməsidir. Məsələn, üzərində çəkisi 360 qram yazılan məhsul 10-40 qram əskik gələ bilir.
Eyni zamanda, şirkətlər məhsullarının istehsalında aşağı keyfiyyətli və ucuz xammallardan istifadə edərək qiymətləri artırmamağa çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
7 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
13 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
21 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 29 d. əvvəl
- 30 d. əvvəl
-
32 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 36 d. əvvəl
-
39 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 42 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq

























