“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“FED”-in, “ECB”-nin və “BOE”-in toplantıları fonunda birjalarInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Dünyanın aparıcı Mərkəzi Bankları inflyasiya ilə mübarizəni davam etdirərkən 2022-ci ili yüksək faiz artımı ilə başa vurmağa hazırlaşırlar. Çərşənbə günü keçiriləcək iclasda FED-dən yarım bəndlik artım gözlənilsə də, investorlar faiz dərəcələrinin nəhayətdə necə yüksələ biləcəyini diqqətdə saxlayacaqlar. Çərşənbə axşamı ABŞ-da açıqlanacaq inflyasiya göstəriciləri FED-in planları haqqında yeni ipucları verəcək. İnflyasiya proqnozlarının qarışıqlığı və FED toplantısından çıxacaq qərar və açıqlamalar, ehtimal ki, ilin qalan hissəsi və ondan sonrakı dövr üçün ABŞ-da fond birjalarında da tendensiyanın gedişinə ciddi təsir edə bilər. Bu həftə İngiltərə Bankı Mərkəzi Bankının da (BoE) və Avropa Mərkəzi Bankının da (ECB) cümə axşamı keçiriləcək iclaslarında uçot dərəcəsini 0.50% artıracağı proqnozlaşdırılır.
EUR
Bazar iştirakçılarının FED-in dekabr toplantısında uçot dərəcələrini 0.50% artıracağı proqnozlarını qiymətləndirməsi fonunda dollar indeksi 104 bənd hədlərinə qədər geriləyib. Təhlillərə əsasən dollar indeksi 105 bənd həddinin altında qaldıqca eniş tendensiyasını davam etdirə bilər. Bu halda EURUSD və GBPUSD cütlüklərində artım tendensiyası daha da güclənə bilər.
Lakin bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya, Biznes aktivliyi indeksi göstəriciləri, eləcə də “ECB”-nin faiz qərarı və sədr Kristin Laqardın açıqlamaları EURUSD cütlüyündə trendin gedişinə ciddi təsir edə bilər.
GBP
Bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf və inflyasiya səviyyəsinə dair rəqəmlər, əmək bazarı, pərakəndə satış dövriyyəsi, biznes aktivliyi indeksi kimi vacib iqtisadi göstəricilər, eləcə də İngiltərə Mərkəzi Bankının faiz qərarı və sədr Endryu Beylinin çıxışı GBPUSD cütlüyündə trendin gələcək taleyinə dair bir çox suallara aydınlıq gətirə bilər.
CHF
Etibarlı liman maliyyə aləti missiyasını uğurla davam etdirən İsveçrə frankı aktuallığını qoruyur. FED-in toplantısı öncəsi dollarla bağlı qeyri-müəyyənliklər səbəbilə investorların rikklərin diversifikasiyası üçün frankda yatırımlarını bir qədər artırdığı müşahidə olunur.
Cari ticarət həftəsinin 4-cü günü İsveçrə Mərkəzi Bankının Mətbuat konfransı və “LİBOR” dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq.
GOLD
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb getdikcə artır. Ötən həftə 1809$-a kimi bahalaşan qızıl həftəni 1797$-da tamamladı. Dollar üzərində təzyiqlər artmaqda davam edərsə və 1806$ həddindəki müqavimət səviyyəsi qırılarsa, qiymətli metalın bir unsiya üzrə dəyəri 1850$ və 1888$-a kimi bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























