Valyuta alqı-satqısı barədə məlumatların toplanıldığı sistemin yaradılması qanuniləşdi
Prezident İlham Əliyev “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Marja xəbər verir ki, yenilik qanuna Valyuta əməliyyatları barədə vahid informasiya sistemi barədə 16-1-ci maddənin əlavə edilməsidir.
Əlavə edilən maddəyə görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatların toplanıldığı vahid informasiya sistemini yaradır. Valyuta nəzarəti agentləri apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edir və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edirlər. Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə məlumatların təqdim edilməsi və sistemdən alınması qaydası, təqdim edilən məlumatların növü və sistemin fəaliyyətinə dair digər məsələlər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
Valyuta əməliyyatları barədə vahid informasiya sistemində toplanılan məlumatlar pul vəsaitləri ilə əməliyyatlara dair sənədlərin saxlanılması müddətində saxlanılır və bu sistemdə toplanılan və oradan alınan məlumatlara bank sirrinin qorunması qaydaları şamil olunur.
Valyuta əməliyyatları barədə vahid informasiya sistemində məlumatların toplanılması və işlənilməsi üçün məlumat subyekti olan rezident və qeyri-rezidentlərin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənilməsinə etiraz edə və oradakı məlumatların məhv edilməsini tələb edə bilməzlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























