Azərbaycanda gübrə və kənd təsərrüfatı texnikaları satan iri şirkət gəlirlərini açıqladı
"Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2022-ci ili 1 milyon 428 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az Şirkətin audit olunmamış hesabatına istinadən xəbər verir ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 22 min manat və ya 41,7% azalıb. Şirkət 2021-ci ili 2 milyon 450 min manat xalis mənfəət ilə bağlamışdı. 2020-ci ildə isə "Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin xalis mənfəəti 3 milyon 439 min manat olmuşdu.
Satışdan gəlirlər 2021-ci ildə 44 milyon 490 min manat ikən, 2022-ci ildə 34 milyon 366 min manata düşüb.
31 Dekabr 2022-ci il tarixində "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 23 milyon 610 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 21 milyon 447 min manat cəmi aktivlərə malik idi.
Azərbaycanın gübrə və kənd təsərrüfatı texnikalarının satışını həyata keçirən "Aqrar İnnovasiya və Təchizat Şirkəti" (AISCO) 2019-cu ildən fəaliyyətə başlayıb. Fermerlər üçün müxtəlif növ toxum çeşidlərinin, gübrələrin və bitki qoruma vasitələrinin bütün ölkə üzrə pərakəndə satışını həyata keçirən Gubre.az ticarət şəbəkəsi “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə məxsusdur.
Hazırda “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin nizamnamə kapitalı 100 min manatdır. Şirkətin rəhbəri Tofiq Niftəliyevdir. “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nin nizamnamə kapitalının 100%-i Məcidova Afaq Hüseyn qızına məxsusdur.
Xəbər verdiyimiz kimi, 20 fevral 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin 100 min manat məbləğində yeni səhmləri standart bazar seqmentində listinqə daxil edilib. Adi adlı sənədsiz səhmlərin sayı 1000 ədəd, hər birinin nominal dəyəri 100 manatdır. 23 fevral 2023-cü il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 17 d. əvvəl
- 32 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycandan azot gübrəsi ixracında ciddi geriləmə - 32,2% və ya 25 milyon dollar azalıb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
-
1 saat əvvəl
Azərbaycanın elektrik enerjisi satışından gəliri 3 dəfə azalıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Qeyri-neft ixracına pambıq dəstəyi
Azərbaycandan kimya məhsulları ixracı 40 milyon dollar azalıb
Azərbaycanın sement ixracında geriləmə - 20,4% azalıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı























