"Saxta 100 manatlıq əskinaslar artmaqdadır"
Son illər Azərbaycanda saxta 100 manatlıq əskinasların artımı müşahidə edilir.
Bunu Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı bildirib.
"2021-ci ildə aşkarlanmış 358 saxta pul nişanından 252-si, 2022-ci ildə aşkarlanmış 452 saxta pul nişanından isə 323-ü 100 manatlıq olub. Ümumiyyətlə isə 2006-2022-ci ildə Azərbaycanda 10 095 ədəd saxta əskinas aşkar edilib. Son 4 ildə bununla bağlı 20 cinayət işi açılıb. Hazırda ölkədə hər 660 min pul nişanına 1 ədəd saxta əskinas düşür”.
AMB rəsmisi milli valyutanın saxtalaşdırılmasına qarşı mübarizədə bankların payını da açıqlayıb. Onun sözlərinə görə, siyahıya 1-ci yeri "Kapital Bank" ASC tutub - 28%. Növbəti yerlərdə “Access Bank” QSC (20%), “Unibank” (14%), “Express Bank” (10%), “Bank Respublika” (5%), "Azərbaycan Beynəlxalq Bankı" (3%), “Yelo Bank" (2%) ASC-lər və digər banklar (18%) qərarlaşıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























