Ötən il 12 milyon zərər edən bank 2017-ni artımlar ilə yarıladığını bildirir
Bank “BTB” ASC İnternet saytına balans, mənfəət və zərər hesabatlarını yerləşdirməsə də, özünün hazırladığı press-relizdə hər şeyin yaxşı olduğunu bildirir.
Bank “BTB”dən “Marja”ya daxil olmuş press-relizdə bildirilir ki, 30.06.2017-ci il tarixinə Bankın aktivləri 235 milyon 67.3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30%-ə yaxın artım deməkdir.
“Marja” müəyyən edib ki, ötən ilin sonu ilə müqayisədə Bank “BTB”nin aktivləri azalıb. Bank 31 Dekabr 2016-cı il tarixində 239 milyon 27 min manat cəmi aktivlərə malik idi.
Bank “BTB”nin press-relizində qeyd edilir ki, Bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 50.5% artaraq 135 milyon 931.2 min manata çatıb. Ötən ilin sonunda Bankın kredit portfeli 127,8 milyon manat idi.
“Hesabat dövrü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə banka cəlb edilmiş vəsaitlər üzrə ümumilikdə 42.5% artım olub”,- press-relizdə deyilir.
Yarım ilin yekununda bankın mənfəəti 121.8 min manat təşkil etmişdir. Bank “BTB” 2015-ci ildə 3,4 milyon manat, 2016-cı ildə 12,2 milyon manat zərər etmişdi.
MƏCMU KAPİTALINI BORC ALARAQ BƏRPA EDİB
Məcmu kapital kommersiya banklarının kapital tələbinə tam cavab verərək 53 milyon168.85 min manat təşkil etmişdir. Qeyd edək ki, Bank “BTB” yığılmış 15,5 milyon manat zərərə görə 52 milyon manat olan nizamnamə kapitalının bir hissəsini itirib. Bank məcmu kapitalının tələblərə cavab verməsini 14,7 milyon manatlıq subordinasiya borc öhdəliyi ilə təmin edib.
Subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, sahibinin tələbi ilə geri alınmayan, son ödəmə müddəti başa çatana kimi bu öhdəlik üzrə ödəmə (faiz və ya əsas borc) baş tutmadığı təqdirdə bankı müflis elan etmək və ya ləğv etmək hüququ verməyən, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.
Qeyd edək ki, Bank “BTB” 2017-ci ilin 1-ci yarısı üzrə bütün maliyyə hesabatlarını saytında yerləşdirməyib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
4 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
6 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























