Qızılın qiyməti "od tutub yanır"
Qızılın qiyməti 3,7 faiz artaraq 11 ayın ən yüksək səviyyəsinə çatıb.Cümə günü ABŞ-da başlamış bank böhranı daha çox investoru "təhlükəsiz sığınacaqlara" doğru sövq etdiyi üçün qızılın qiyməti 2000 dollara yaxınlaşıb. Cümə günü axşam qızılın qiyməti 3,7% artıb, kotirovkalar 2022-ci ilin aprelindən bəri ən yüksək həddə yaxındır.
Marja.az-ın məlumatına görə, Nyu-York Comex birjasında aprel ayı üzrə qızıl fyuçerslərinin qiyməti 71 dollar və ya 3,7% artaraq 1 unsiya üçün 1993 dollar təşkil edib.
Qızıl bazar ertəsindən bəri 116 dollar və ya 6%-dən çox bahalaşıb və bu, dekabrın əvvəlindən bəri ən böyük həftəlik artımdır.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,53% azalaraq 103,86 bənd təşkil edib. Dolların ucuzlaşması qızılın qiymətini dəstəkləyir, bu da onu başqa valyutada almağı daha əlverişli edir.
Bazarlar ABŞ Mərkəzi Bankının (FED) faiz qərarını gözləyir. CME Group-un məlumatına görə, analitiklərin 74,5%-i FED-in mart ayında uçot dərəcəsini 0,25 bənd artıracağını, 25,5%-i isə faizlərin cari illik 4,5-4,75% səviyyəsində saxlayacağını gözləyir.
Bazarlarda daha çox ehtimal budur ki, FED Avropa Mərkəzi Bankının (ECB) bu həftə etdiyini (faiz artırıb) gələn həftə təkrarlayacaq - gözlənildiyi kimi faizləri artıracaq və sonra fasilə verəcək. Fed-in sərt pul siyasəti dövrünün sona yaxınlaşması gözləntiləri ABŞ dollarını ucuzlaşdırır.
Bank böhranı narahatlığı qızıl qiymətlərini kəskin şəkildə yüksəldir. Bir çox qızıl investorları qısamüddətli makro risklərə baxır. Qızılın çılğın "rallisi" göstərir ki, daha çox insan qızıla etibarlı bir "sığınacaq" kimi müraciət edir, çünki bank-kredit böhranı böyüməyə və yayılmağa davam edir.
Xatırladaq ki, 2022-ci ilin martında qızılın unsiyasının qiyməti 2070,29 dollara çatmışdı.
Qızıl qiymətləri, ABŞ-da bank böhranının, Silikon Vadisi Bankın (Silicon Valley Bank) və "Signature Bank"ın Federal Əmanətlərin Sığortalanması Korporasiyası tərəfindən nəzarətə götüülməsi ilə başlayandan və əmanətçilər qorxaraq onlardan milyardlarla dollar əmanətlərini geri götürdükdən sonra yüksəlir. ABŞ-da 3 bankın iflasından sonra "First Republic" bankı da, banklar konsorsiumundan 30 milyard dollar nağd pul almasına baxmayaraq problem yaşayır.
Bank böhranı Avropaya da yayılıb və qlobal investisiya bankçılığının görkəmli adlarından biri olan "Credit Suisse Group" İsveçrənin mərkəzi bankından kömək istəməli olub.
FED-in davamlı faiz artırması ABŞ iqtisadiyyatının dərin tənəzzülü ilə nəticələnə biləcəyi qorxusuna səbəb olub.
Əgər inflyasiyanın daha sərt olduğu sübuta yetirilərsə və FED faiz artırmağa davam etməli olarsa, bu, iqtisadiyyata böyük zərbə vuracaq və qızıl əlavə "təhlükəsiz liman" axınına məruz qalacaq və daha da bahalaşacaq.
FED martın 22-də növbəti faiz qərarını açıqlayacaq.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
2 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
7 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























