Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri aparılacaq
Nazirlər Kabineti “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nı təsdiqləyib.
Bu Qayda qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir.
Reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir. Reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. Reyestrdə olan məlumatlar istifadəçilər üçün açıqdır, ondan istifadə və məlumatların əldə edilməsi ödənişsizdir. Reyestr Azərbaycan Respublikasının mülkiyyətidir və onun saxlanılması Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Reyestrin formalaşdırılmasına, aparılmasına və arxivləşdirilməsinə dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.
Reyestr qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumat toplusundan ibarət informasiya ehtiyatı, istifadəçi normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestrdən informasiya əldə edən və ya informasiyadan istifadə edən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər, sahib normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada Reyestr üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə Reyestrin aparılmasını təmin edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir. Reyestrin sahibi eyni zamanda onun operatoru funksiyalarını həyata keçirir.
Reyestr Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparılır, onun texnikitexnoloji infrastrukturuna uyğun şəkildə formalaşır və aşağıdakı modullardan ibarətdir: -. “məlumatların daxil edilməsi” modulu;
- “məlumatlara baxış” modulu;
- “hesabatlar” modulu.
Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:
- “məlumatların daxil edilməsi” modulu vasitəsilə bu Qaydanın 4.3-cü bəndində qeyd olunan məlumatların daxil edilməsi;
- “məlumatlara baxış” modulu vasitəsilə Reyestrdə toplanılmış məlumatların axtarışı və məlumatlara baxılması;
- “hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.
Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
- qida məhsulunun xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu;
- qida məhsulunun adı;
- qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) zərərin təsvirinə və sübutuna dair məlumat;
- qida təhlükəsizliyi göstəricisi;
- qida təhlükəsizliyi göstəricisinin qida məhsulunu təhlükəli edən həddi;
- qadağan olunmuş inqrediyentin adı;
- istinad edilən texniki normativ hüquqi aktların rekvizitləri;
- təhlükəli qida məhsulları barədə məlumat.
Reyestrə daxil edilən məlumatlar istinad üçün rəsmi mənbə hesab olunur.
Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir. Nəzərdə tutulmuş qida məhsullarının təhlükəli halları barədə məlumatlar elmi sübutlar və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar əsasında sahib tərəfindən Reyestrə daxil edilir və daim yenilənir. Əldə edilən yeni məlumatlar (qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) dərhal sahib tərəfindən Reyestrə daxil edilir. Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin və Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görür. Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür. Reyestrin texniki parametrlərində istifadəçilər tərəfindən Reyestrin fəaliyyəti ilə bağlı sahibə təkliflər verilməsi imkanı nəzərdə tutulur.
Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya əldə etməyə dair sorğular “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq icra edilir. Reyestrdə müxtəlif meyarlar əsasında axtarış aparılması və məlumatların əldə edilməsi üçün qeydiyyatdan keçmək tələb olunmur.. Reyestrə qeyri-qanuni daxilolma və ya müdaxilə həyata keçirildikdə, sahib qeyd edilən əməllərə yol verən istifadəçinin informasiya sisteminə girişini məhdudlaşdırır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 8 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
5 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
5 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib























