Dövlət Vergi Xidmətinin ən çox göstərdiyi 10 elektron xidmət
Vergi ödəyicilərinə 181 mindən çox Asan İmza sertifikatı verilib2023-cü ilin yanvar-iyun ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 285.975 şəxs qəbul edilib və onlara 538.603 sayda xidmət göstərilib ki, bunlardan 147 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 127 minə yaxını isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Ümumi elektron xidmətlərin 87,7 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzlərin verilməsi;
- vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Asan İmza sertifikatlarının verilməsi;
- vergi ödəyicilərinə arayışların verilməsi;
- vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- fiziki şəxsin uçotdan çıxarılması.
Cari ilin altı ayı ərzində vergi ödəyicilərindən daxil olmuş 13,8 mindən çox yazılı müraciət cavablandırılıb, 7 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 862 mindən yuxarı SMS göndərilib. Dövr ərzində 1.823 vergi ödəyicisinin iştirakı ilə 138 görüş keçirilib, 2.375 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Bu dövrdə ümumilikdə 119.995 müraciət üzrə 181.513 Asan İmza sertifikatı verilib. 9,1 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
39 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur






























