Veysəloğlu Şirkətlər Qrupu 1 il ərzində həyata keçirdiyi KSM fəaliyyətlərini açıqladı
(0174) Veysəloğlu Şirkətlər Qrupu ölkənin və cəmiyyətin rifahı üçün səmərəli addımlar ataraq müxtəlif istiqamətdə Korporativ Sosial Məsuliyyət (KSM) layihələr həyata keçirir.
Təhsilə dəstək, gələcəyə investisiya
Dayanıqlı inkişafa töhfə verməyi əsas hədəf bilən Şirkətlər Qrupu təhsilə investisiya edərək, artıq 4 ildir ki, “Gələcəyini qur” layihəsini dəstəkləyir, məktəblilərin universitetə hazırlıq dövründə onlara yardım edir.
Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi qazilər üçün 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması mövzusunda təlimi keçib və nəticədə qazilər Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyası tərəfindən rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikatlarla təmin edib.

Qadınlar üçün karyera imkanları
Veysəloğlu Şirkətlər Qrupu qadınların həm iş yerində, həm də cəmiyyətdə inkişafını dəstəkləməyə davam edir. Belə ki, Şirkətlər Qrupu ötən il BMT-nin “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” layihəsinə qoşulub.
“OBA” marketlər şəbəkəsi də “Qadının gücü” sosial layihəsi çərçivəsində qadınların karyera həyatını dəstəkləyir. Belə ki, şirkət hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır. Bundan əlavə, qadınlar üçün müxtəlif təlim və seminarlar keçirilir.
“Araz” supermarketlər şəbəkəsi qadınların emosional sağlamlığını da düşünərək “Günəşə salam” layihəsi həyata keçirib. Layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq olub.

Qarabağın dirçəlişi prioritetdir
Şirkətlər Qrupu ölkə üçün dəyər yaratmaq missiyasına sadiq qalaraq ötən ildən etibarən Qarabağın Dirçəliş Fonduna ianələr edib.
Bu ilin iyun ayında Zəngilanın Ağalı kəndində tarlaların suvarılması üçün Qarabağ Dirçəliş Fonduna suvarma avtomobili təqdim edilib.
Veysəloğlu Şirkətlər Qrupu bu il həmçinin Ağdamın İmarət kompleksinin bərpasına dəstək məqsədi ilə təşkil edilən "Qarabağ Gecəsi" konsertinin baş sponsoru olub.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq “Qayıdış” Qəhrəmanlara Dəstək sərgisi də təşkil edilib. Artıq 2 ildir ki, sərgidən əldə olunan gəlir “YAŞAT” fonduna ianə edilir.
“Veysəloğlu” uşaqların xəyallarını gerçəkləşdirir
Şirkətlər Qrupu uşaqları daim diqqət mərkəzində saxlayır. Belə ki, Azərbaycanın ən ucqar kəndlərindən biri olan Xınalıqda, həmçinin digər ucqar rayonlarda yeni il ərəfəsində uşaqları “OBA”larımızın Şaxta babaları” sevindirdi.
Bilik Günü ərəfəsində isə “OBA” marketlər şəbəkəsi Vətən müharibəsi şəhidlərinin bir qisminin evində qonaq olub və məktəbliləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edib.
“Veysəloğlu Distribusiya” 1 iyunda şirkət əməkdaşlarının övladları üçün Şamaxıda “Əylənərək öyrənək” layihəsini həyata keçirib.
“Araz” supermarketlər şəbəkəsi isə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində yerləşən N saylı hərbi hissənin hərbçiləri ilə övladlarını görüşdürüb.

“OBA” bu ilin mart ayında Daun sindromlu insanlarla bağlı maarifləndirmə aparmaq, gənclərə yeni bacarıqlar qazandırmaq, onların sosiallaşmasına dəstək olmaq məqsədi ilə "Günəşin övladları" layihəsini həyata keçirib.
“OBA Market” həmçinin "Xəyalların izində" layihəsi çərçivəsində rayonlara səyahətlər edərək uşaqlar üçün unudulmaz gün təşkil edir.
Ətraf mühit və cəmiyyət üçün dəyər yaradılır
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi, “Veysəloğlu Distribusiya”, “Ulduz” Şokolad Fabriki, “AVT Logistics” və “OBA” marketlər şəbəkəsi hər biri Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
Ətraf mühit ilə bağlı fəaliyyətlərə nümunə olaraq “OBA” marketlər şəbəkəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Təmiz dünya, sağlam həyat” şüarı altında ekoloji layihə həyata keçirilib. Aksiya çərçivəsində Zirə qəsəbəsi sahillərinə yaxın ərazilər plastik və digər tullantılardan təmizlənib.
Həmçinin, “Araz” supermarketlər şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsini həyata keçirib, ictimaiyyəti bu mövzuda maarifləndirib.
“Araz” kiçik dostlarımızı da unutmayaraq, küçədə yaşayan heyvanları qida və su ilə təmin edib, veterenarlar vasitəsi ilə heyvanların müalicəsi təmin edilib.

Həssas qruplara sevgi və qayğı ilə yanaşılır
KSM tədbirlərdə aktiv iştirakına görə “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” kimi 3 nominasiyada mükafatlandırılıb.
"OBA Market” isə "Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında birinciliyə layiq görülüb. Belə ki, 2022-ci il ərzində 373 nəfər müharibə iştirakçısı "OBA” tərəfindən işlə təmin olunub.
Bundan əlavə, Şirkətlər Qrupu bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə ərzaq yardımı edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 22 saat sonra
-
-
13 d. əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 16 d. əvvəl
- 24 d. əvvəl
-
48 d. əvvəl
Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı rəsmi məlumat
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
1 saat əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
-
2 saat əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Ən çox oxunanlar
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır























