"Naxçıvan 5 min MVt həcmində bərpa olunan enerji potensialına malikdir" - NAZİR
Naxçıvan əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malikdir.
Bunu energetika naziri Pərviz Şahbazov Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - yaşıl enerji zonası" Beynəlxalq Konfransı zamanı bildirib.
"Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpa olunan enerji potensialına malik Naxçıvanda külək və günəş enerjisi üzrə təqribən 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın ixracı strateji hədəfimizdir və biz bununla bağlı artıq fəaliyyətə başlamışıq", - nazir qeyd edib.
Onun sözlərinə görə, “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir. “Nobel Energy” şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.
Nazir bildirdi ki, “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. “Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır.
"Həmçinin Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyası Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə nəzərdən keçirilir. Göründüyü kimi Naxçıvanın yaşıl enerji potensialına, xüsusilə bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var", - Pərviz Şahbazov vurğulayıb.
Nazir bildirib ki, qarşıda yeni generasiya güclərinin Naxçıvanın enerji sisteminə inteqrasiyası ilə yanaşı, elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi məqsədilə yeni enerji infrastrukturlarının yaradılması, ötürücü sistem operatorları arasında əməkdaşlığın qurulması, tezlik tənzimlənməsi, habelə enerji sisteminin “Elektrik Enerjisi üzrə Avropa Ötürücü Sistem Operatorları Şəbəkəsi”nə (ENTSO-E) qoşulması ilə əlaqədar həlli vacib məsələlər dayanır.
"Həm Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir. Naxçıvanı yaşıl enerjinin istehsalı ilə yanaşı ixracının da mənbəyi və marşrutuna çevirəcək imkanlardır.
Bu gün bu proseslərə yalnız Azərbaycan-Türkiyə deyil, bütün maraqlı tərəflərin cəlbi bu imkanları reallığa çevirmək üçün fürsətlər yaradır. İnanırıq ki, bu fürsətləri dəyərləndirə və 2027-ci ilədək Naxçıvanda birgə nailiyyətlərə imza ata biləcəyik", - P. Şahbazov əlavə edib.
© APA
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 saat sonra
-
-
1 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
Azərbaycan neftinin son qiyməti
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək






















