Avropa Bankı Azərbaycanda ilk külək stansiyasını maliyyələşdirir
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) məbləğində sindikatlaşdırılmış kredit hesabına Azərbaycanın şərqində 240 meqavatlıq "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisini maliyyələşdirəcək.
Banka istinadən verilən xəbərə görə, bu, ölkədə kommunal miqyaslı ilk külək enerjisi layihəsi və Qafqaz regionunda ən böyük layihə olacaq. Layihə OPEC Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyələşdiriləcək.
240 MVt gücündə bərpa olunan elektrik stansiyası istismara verildikdən sonra ildə 893 giqavat/saata qədər təmiz elektrik enerjisi istehsal edəcək. Hər il 400 000 tondan çox karbon qazı emissiyalarının azalacağı gözlənilir.
EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad bildirib ki, keçən il bank regionlarda bərpa olunan enerji, "yaşıl hidrogen" və "yaşıl" duzsuzlaşdırma layihələrinin çatdırılması üçün uzunmüddətli tərəfdaşı “ACWA Power” şirkəti ilə anlaşma memorandumu imzalayıb: “Bu memorandum sayəsində EBRD əhatə etdiyi regionlarda bərpa olunan enerjinin meqavatdan gigavata qədər artırılması ilə bağlı bu vədin demək olar ki, 1,5 GVt-ına artıq nail olub”.
“ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arcelli isə bildirib ki, “ACWA Power” Azərbaycanın 2030-cu ilə qədər enerji tələbatının 30 %-ni bərpa olunan mənbələrdən ödəmək məqsədinə çatmasına kömək etməkdə əsas rol oynamağa həvəslidir: “Davamlılıq öhdəliyimiz sərhədləri aşır və bu vacib layihədə başqa bir mərhələdə də qeyd etdiyimiz kimi, bütün maraqlı tərəflərimizin dəstəklənməsini gözləyirik".
OPEC Fondunun baş icraçı direktoru Əbdülhəmid Əlxəlifə bildirib ki, OPEC Fondu xarici investisiyaları və dövlət sektoru üçün özəl sektorun maliyyələşdirilməsini təşviq etməklə Azərbaycanın enerji landşaftında dəyişiklik edəcək Xızı-Abşeron külək enerjisi layihəsində əsas tərəfdaş olmaqdan qürur duyur.
Abşeron və Xızıdakı külək enerjisi layihəsi keçən il Qaradağda sənaye miqyaslı ilk günəş elektrik stansiyasına investisiya qoyuluşundan sonra həyata keçirilir. EBRD ilə Azərbaycan arasında 2022-ci ilin dekabrında imzalanmış anlaşma memorandumunda öz əksini tapmış investisiyalar, eləcə də texniki əməkdaşlıq və siyasət dialoqu vasitəsilə ölkənin iddialı "yaşıl" gündəliyinin həyata keçirilməsi üçün əsas vasitədir.
Qeyd edək ki, EBRD Qafqaz regionunda mühüm institusional investordur. Bank bu günə kimi Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub və diqqətini ölkə iqtisadiyyatını şaxələndirməyə və "yaşıl" iqlim hədəflərini dəstəkləməyə yardım edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib


























