Dövlətin payı olan şirkətlərin büdcəyə dividend ödənişi proqnozu artırılır
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmalar üzrə əvvəlki illərə nisbətən artım nəzərdə tutulmuş, aparılmış təhlillər bu sahədə mövcud potensialın daha artıq olduğu qənaətinə gəlməyə əsas vermişdir.
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Qeyd edilib ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2024-cü ilin dövlət büdcəsi layihəsində 558,2 mln. manat nəzərdə tutulmuşdur ki, bu da 2023-cü ilin proqnoz göstəricisindən 237,0 mln. manat və ya 1,7 dəfə çoxdur. Artımın əsas səbəbi dövlət qeyri-maliyyə təşkilatları üzrə dividend ödənişlərinin 188,0 mln. manat artırılaraq 408,0 mln. manat və "Azərbaycan Beynəlxalq Bankı” ASC üzrə 50,0 mln. manat artırılaraq 150,0 mln. manat nəzərdə tutulması ilə əlaqədar olmuşdur
2024-cü ilin dövlət büdcəsi layihəsində dövlət qeyri-maliyyə təşkilatları üzrə 408,0 mln. manat dividend ödənişi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə nəzərdə tutulmuşdur.
Qeyd edilib ki, 2023-cü ildə dövlət qeyri-maliyyə təşkilatlarından alınacaq dividendlərin 200,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 15,0 mln. manatı "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC, 5,0 mln. manatı "Azər Gold" QSC üzrə nəzərdə tutulmuşdur ki, bundan da cari ilin 8 ayı ərzində dövlət büdcəsinə vəsait ödənilməmişdir.
Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2023-cü ilin ötən 8 ayı ərzində 151,1 mln. manat məbləğində vəsait daxil olmuşdur ki, bunun da 150,9 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC, 0,2 mln. manatı "Aqrarkredit" QSC BOKT tərəfindən dövlət büdcəsinə ödənilmiş, "Azər Türk Bank" ASC tərəfindən dividend ödənişi həyata keçirilməmişdir.
Qeyd etmək lazımdır ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan (nizamnamə kapitalının 75%-i) "Azər Türk Bank" ASC-nin xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməmişdir ki, nəticədə 2023-cü il 01 yanvar vəziyyətinə 14.7 mln. manat bölüşdürülməmiş mənfəət mövcud olmuşdur. Eyni zamanda aparılan təhlillər dövlət mülkiyyətində olan bəzi digər müəssisələr üzrə də xalis mənfəət əldə edilməsi fonunda dividend ödənişinin həyata keçirilmədiyini göstərir.
"Ümumiyyətlə, bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılmasını, həmçinin "Azər Türk Bank" ASC, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Azər Gold" QSC tərəfindən dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik",- Rəydə bildirilir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
2 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 12 d. əvvəl
-
30 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
35 d. əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
40 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
43 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
1 saat əvvəl
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Ən çox oxunanlar
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























