Viləşçay su anbarının həcmi 3 dəfə artırılacaq
Əkin sahələrinin vaxtında və səmərəli suvarılması məhsuldarlığın artmasına şərait yaradan amillərdəndir.
Masallı rayonunda mövcud olan 24 min 964 hektar əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır.
Lakin faktiki olaraq rayon üzrə 9892 hektar torpaq sahəsi (40 faiz) suvarma suyu ilə təmin edilir. Sahələrin 4500 hektarı qapalı şəbəkələr, 5392 hektarı isə açıq torpaq kanalları vasitəsilə suvarılır.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev bildirib ki, hazırda idarənin balansında əlavə olaraq 2 ədəd kiçik su tutarı, uzunluğu 498 kilkometr olan açıq torpaq suvarma kanalları, 72 müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluqda magistral yeraltı təzyiqli su kəmərləri, 5360 hektar ərazidə isə uzunluğu 917 kilometr olan müxtəlif diametrli qapalı boru kəmərləri mövcuddur.
Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 132 milyon kubmetrə çatdırılacağını vurğulayan M.Əliyev su anbarının ikinci növbəsinin tikintisi ilə bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi nəticəsində 20 min 100 hektar əkin sahələrinin suvarma suyu ilə təmin ediləcəyini diqqətə çatdırıb.
Layihənin texniki-iqtisadi əsaslandırılmasında əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 40 kilometr uzunluğunda suvarma kanallarının üzərindəki hidrotexniki qurğularla birlikdə, 8 ədəd nasos stansiyasının tikilməsi və digər işlərin yerinə yetirilməsi mümkün olacaq. Layihədən qonşu Cəlilabad və Neftçala rayonları da faydalanacaq.
Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi nəinki Masallının, hətta bütün regionun iqtisadiyyatına, o cümlədən kənd təsərrüfatının inkişafına böyük təkan olacaq.
Torpaq sahələrinin suvarılmasında zəngin təcrübəyə malik olan Viləşçay Su Anbari İstismar İdarəsinin əməkdaşları mövsümə hazırlıq işlərinə ilin əvvəlindən başlayıblar.
1986-cı ildən istifadəyə verilən, ərazisi 456 hektar təşkil edən su anbarı vasitəsi ilə hazırda 9900 hektara yaxın əkin sahələri suvarılır.
Cənub bölgəsində əkin sahələrinin artırılması və qonşu rayonlarda sahələrin suvarılması məqsədi ilə 2018-ci ildən su anbarının ikinci növbəsinin tikilməsi nəzərdə tutulub.
Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü daha 16 metr qaldırılacaq.
Görülən tədbirlər Masallıda aqrar sahənin inkişafına böyük təkan verəcək, rayonda inkişaf etdirilməsi nəzərdə tutulan çəltik və tütün sahələrinin suvarılmasının həyata keçirilməsini təmin edəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
12 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
13 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























