bp-nin ən böyük seysmik tədqiqat proqramı Azərbaycanda başladı - 370 MİLYON DOLLAR XƏRCLƏNƏCƏK
AÇG yatağında irihəcmli seysmik tədqiqat proqramı başlayıb.bp şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi 20 yanvar tarixində AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb.
Marja.az Şirkətə istinadən xəbər verir ki, tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq.
AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.
Bu uzunmüddətli proqramın planlanmasına ötən ildən başlanıb. Proqram çərçivəsində dənizdibi qovşaqlardan, həmçinin bir qoşa mənbəli gəmidən (“Murovdağ”) və bir qovşaq gəmisindən (“Quba”) istifadə etməklə beş il ərzində beş monitorinqin aparılması nəzərdə tutulur.
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Roşni Musai deyib:
“AÇG bp-nin əməliyyatçısı olduğu ən böyük neft yatağıdır. O həm bizim üçün, həm də Azərbaycan və tərəfdaşlarımız üçün çox əhəmiyyətlidir. Bu genişmiqyaslı seysmik tədqiqat proqramını həyata keçirməkdə məqsədimiz yatağın arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Ümid edirik ki, bu proqram üçün istifadə ediləcək ən müasir 4D texnologiyası yataq haqqında yeni və daha dərin məlumatlar əldə etməyimizə imkan verəcək. Bu isə bizə gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək.”
Proqram “Caspian Geo LLC” şirkəti tərəfindən yerinə yetiriləcək.
Qeyd edək ki. AÇG üzrə ilkin Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə dəyişiklik edilərək yenidən işlənib və müddəti 2049-cu ilədək uzadılıb. Yenidən işlənmiş saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimuma çatdırılmasını nəzərdə tutur.
AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günədək yataqdan 4,3 milyard bareldən artıq (581 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.
2023-cü ilin üçüncü rübünün sonunadək AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 43 milyard ABŞ dollarından artıq sərmayə qoyulub.
Hazırda AÇG-də 9 dəniz platforması – 7 hasilat və 2 texniki emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür.
2023-cü ilin ilk üç rübü ərzində AÇG-nin ümumi hasilatı gündə orta hesabla 368 000 barel olub.
AÇG yatağının işlənməsi mərhələlərlə həyata keçirilib:
“Çıraq” yatağından hasilat İlk Neft Layihəsi çərçivəsində 1997-ci ildə başlanıb;
“Azəri” yatağının işlənməsini nəzərdə tutan Mərhələ 1-də hasilat 2005-ci ildə “Mərkəzi Azəri”dən, Mərhələ 2-də isə 2006-cı ilin yanvar ayında “Qərbi Azəri”dən, 2006-cı ilin oktyabrında “Şərqi Azəri”dən başlanıb;
AÇG-nin işlənməsinin 3-cü mərhələsində “Günəşli” yatağının dərinsulu hissəsindən hasilat 2008-ci ilin aprelində başlanıb;
Yatağın işlənməsinin növbəti mərhələsi olan “Qərbi Çıraq” platformasından hasilat 2014-cü ilin yanvarında başlanıb.
Ən son mərhələ olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində isə hasilatın başlanması 2024-cü ilin əvvəllərinə planlaşdırılıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
2 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 12 d. əvvəl
-
30 d. əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
-
35 d. əvvəl
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
-
40 d. əvvəl
"Ələtdə "Faza 3" üzrə ağır sənaye zonasında tikintiyə başlanılıb"
-
43 d. əvvəl
AZAL 15 gündə Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
-
1 saat əvvəl
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Ən çox oxunanlar
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

























