Çindən yola düşən TIR-lar bu gün Azərbaycana çatıb - ilk sınaq daşımalarına başlandı
“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımaları həyata keçirilir. Çindən yola düşən 3 yük nəqliyyat vasitəsi bu gün Azərbaycana çatıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, layihənin əsas məqsədi Çin – Qazaxıstan – Azərbaycan – Gürcüstan marşrutu üzrə beynəlxalq avtomobil daşımalarında sərhəddə gözləmə vaxtları, gömrük prosedurları, nəzarət və yoxlamalar, habelə mövcud nəqliyyat infrastrukturu haqqında məlumatların əldə edilməsidir.
Bu gün yük nəqliyyat vasitələrini müşayiət edən Çin nümayəndə heyəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Çin nümayəndə heyətinə Azərbaycan ərazisindən tranzit daşımalar, yük növlərinin daşınmasına dair tələblər, yükdaşımaların tənzimlənməsi və s. barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib.
Bildirilib ki, ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edən layihənin uğurla həyata keçirilməsi Orta Dəhlizin potensialının artırılmasına, gələcəkdə ondan istifadənin genişləndirilməsinə töhfə verəcək. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin aparıcı qüvvəsi olan Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
8 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
25 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 42 d. əvvəl
-
48 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























