Mebel şirkətinin satış şəbəkəsi böyüyür - YENİ MAĞAZASI AÇILIB
(®) 2000-ci ildən fəaliyyətdə olan Saloğlu mebel şirkətinin Qusarda yeni diler mağazası açıldı.
Mağazada Saloğlu mebelin bütün növ yataq, qonaq və yumşaq mebelləri fərqli konseptdə sərgilənməkdədir. Şimal zonası sakinləri öz bölgələrini tərk etmədən Qusarda açılan Saloğlu mebel mağazasından evlərinə uyğun bütün mebelləri zövqlə seçim edərək sahib ola bilər. Mağazada mebelləri həm böyük endirimlərlə nağd qiymətə, həm də sərfəli şərtlərlə hissəli ödənişlərlə də əldə edə bilərsiniz.
Mağazaya baş çəkmək və modern mebellərə nəzər salmaq hər kəsə məsləhətdir. Hər evə və hər zövqə uyğun Saloğlu mebelləri artıq şimal zonası sakinlərinə daha əlçatan oldu.
Saloğlu fabriklərində istehsalat alman və italyan texnologiyası əsasında təşkil edilmişdir. İstehsalatda istifadə edilən xammal və materiallar insan sağlamlığına zərər verməyəcək olan ekoloji təmiz və öz seqmentində 1-ci sinif olmaqla istifadə edilir. Saloğlu şirkətinin hədəfi insanların sağlamlığına zərər yetirməyəcək formada istehsal olunan sağlam mebelləri həm ölkə daxilində alıcılarına, həm də dünya bazarında Azərbaycan brendi olaraq insanlara əlçatan etməkdir.
Xidmət şəbəkəsini genişləndirməkdə olan Saloğlu mebel şirkəti yaxın zamanlarda digər bölgələrdə də diler mağazaları açaraq alıcılarına daha yaxından xidmət göstərəcəkdir.
Öz müsahibəsi zamanı Saloğlu şirkətinin satış rəhbəri Elşən Bayramlı bildirib:" Şirkətimiz 24 ildir fəaliyyətdədir. İstehsalımız alman və italyan texnologiyasi əsasında qurulub. İstehsalatda insan sağlamlığına zərər verməyəcək olan 1-ci sinif xammallardan istifadə edirik. Hədəfimiz sağlam mebelləri nəinki ölkə daxilində, dünya bazarında da Saloğlu brendi olaraq insanlara əlçatan etməkdir. Diler mağaza şəbəkəmizi genişləndirməklə alıcılarımıza daha yaxından xidmət göstərməkdəyik. Hazırda Saloğlu mağazası olmayan bölgələrdən diler müraciəti edən iş adamları və sahibkarların təklifləri tərəfimizdən dəyərləndirilir".
Bəli, buradan da aydın olur ki, yaxın zamanda Saloğlu mebel şirkəti digər bölgələrdə də mağazalarını açacaq. Həmçinin Saloğlu diler mağazası açmaq istəyən iş adamları öz bölgələri üzrə də təkliflərini Saloğlu mebel fabrikinə ünvanlaya bilər.
Fabrik ilə əlaqə +994 55 525 85 00.
Saloğlu qaynar xətt: *1441
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
6 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
7 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
7 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























