“Səba”nın istehsalı və satışı dayandırdığı bildirilir
Sabah Bakıda 36, rayonlarda 37 dərəcə isti olacaq“Səba” Açıq Səhmdar Cəmiyyətinin istehsalı və satışı dayandırdığı bildirilir.
Xəbərə görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Xəbərdə qeyd olunub ki, şirkətdən istehsalın və satışın dayandırılması faktı təsdiqlənib. Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb.
Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb: “Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar”.
Vurğulanıb ki, ölkə üzrə marketlərdə bir müddətdir “Səba”nın məhsullarına rast gəlinmir.
Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan “Səba” ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.
Bir müddət əvvəl, "Səba" ASC-nin törəmə şirkətlərdəki paylarının və torpaq sahələrinin satılacağı açıqlanmışdı. Şirkət 2023-cü ili 2 milyon 345 min manat xalis zərər ilə başa vurmuşdur.
HƏMÇİNİN OXU: "Səba" şirkəti Chicken Pro.", "Biləsuvar Aqro" və "Qarabağ Toxum" şirkətlərindəki paylarını və torpaq sahələrini satır
HƏMÇİNİN OXU: "Səba" ASC 2023-cü ili xalis zərər ilə başa vurub
"Səba" başqa bir şirkətə satılıb, istehsalın dayanması mümkün deyil"
""Səba" ASC başqa bir şirkətə satılıb, indiki vəziyyətdə müəssisəsdə istehsalın dayanması mümkün deyil".
Bunu Marja.az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
Assosiasiyanın sədri əlavə edib ki, "Səba" ASC şirkətinin aktivlərini "Chicken Pro." MMC şirkəti alıb:
"Quşçuluq müəssisəsində istehsal dayanmır, "Səba" markası ilə satış davam edəcək. Hazırkı vəziyyətdə istehsalın dayanması mümkün deyil - çünki inqubatorda yumurtalar, sahədə toyuqlar, kəsimxanada kəsim prosesi var".
Xatırladaq ki, 29 iyul 2024-cü il tarixində keçirilmiş "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə, "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında məsələ də daxil idi.
Həmçinin Ümumi yığıncağın gündəliyinə "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında, "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında və "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması haqqında məsələlər daxil idi.
Qeyd edək ki, 32 milyon 345 min 955 min manat nizamnamə kapitalı olan "Chicken Pro." MMC şirkətinin qanuni təmsilçisi Əliyev Abid Müstəqim oğludur.
"Chicken Pro." MMC-nin əldə etdiyi quşçuluq müəssisəsinə əlavə sərmayə yatıracağı da gözlənilir.
© Marja.az, İqtisadiyyat.az
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
4 saat əvvəl
Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
4 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb



























