Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi
Lider mobil operator “Uğur qızlarımızındır” adlı sosial layihəyə start verdi(®) Sentyabr ayının 20-də 2023-2024-cü tədris ili üçün İnformasiya Texnologiyaları ixtisasları üzrə ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar Azercell-in qonağı oldular.
Görüş “Azercell Telekom” MMC-nin Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyevanın, İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynovanın və Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın iştirakı ilə baş tutdu.
“Şirkətimiz qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik bir sıra sosial təşəbbüslər həyata keçirir. Gənclərimiz arasında sizin kimi savadlı, istedadlı, yüksək akademik nəticələr nümayiş etdirən qızlarımızın yer alması bizdə böyük qürur və sevinc hissi yaradır. Seçdiyiniz ixtisas cəsarət və uzaqgörənlik tələb edir. Ölkəmizdə yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə verməyə sadiq bir şirkət olaraq sizə bu yolda daima dəstək göstərməyə hazırıq. İnanıram ki, məhz sizin kimi yenilikçi təfəkkürə sahib olan qızlarımız sayəsində innovativ və inklüziv cəmiyyətin qurulması üçün zəmin yarada biləcəyik”,- deyə tələbələri təbrik edən Şirin Əliyeva bildirdi.
Qızlara təhsil müddəti ərzində Azercell-də təcrübə keçmək imkanı verildiyini bildirən Dilarə Hüseynova qeyd etdi: “Şirkətimiz İT və İKT üzrə ixtisaslaşmış gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə çalışan qadın əməkdaşlarımızın bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət ayrılır. Məqsədimiz sizin kimi istedadlı gənclərin peşəkar kadr kimi formalaşmasını təmin etməkdir”.
Sona Abbasova isə öz növbəsində tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası haqda məlumat verdi, xüsusilə də qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər haqqında danışdı.
Görüş çərçivəsində tələbələrə dəyərli hədiyyələr və “SuperSən 10GB” tarif paketinə 6 aylıq abunəlik təqdim edildi.
“Azercell Telekom” MMC bu il tələbə adını qazanmış bütün abituriyentləri təbrik edir, onlara daha da böyük uğur və nailiyyətlər arzulayır!
Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
1 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb




















