Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da inflyasiyaya dair göstəricilərin açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb, qızılın qiyməti isə artım tendensiyasını dayandırdı. Belə ki, EUR/USD valyuta cütlüyü 1.0498 səviyyəsindən 1.0538 səviyyəsinə qədər bahalaşıb. Dəyərli metal isə ötən gün 2704$ həddini test etdikdən sonra, bugün səhər artıq 2676$ səviyyəsinə qədər kəskin eniş sərgiləyib.
Dolların bir qədər möhkəmlənməsinə çərşənbə axşamı günü Almaniyada və ABŞ-da açıqlanan göstəricilər də dəstək olub. Verilən məlumatlara əsasən, ABŞ-da üçüncü rübdə Qeyri-kənd Təsərrüfatı Sektorunda Məhsuldarlıq 2.2%, Əmək Xərcləri isə 0.8% artıb. Almaniyada istehlak qiymətləri isə noyabr ayında illik ifadədə 2.2% artıb, aylıq ifadədə 0.2% azalıb.
Yaxın Şərqdə baş verən hadisələr fonunda neftin qiymətində volatillik artıb. Cari həftəni 71.4$ səviyyəsində açan “Brent” markalı neftin dəyəri ötən günlər ərzində 72$-73$ səviyyələri arasında dəyişib. Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti izləməyə davam edirlər.
Qeyd etmək lazımdır ki, Suriyada silahlı müxalifət həftə sonu Dəməşqi ələ keçirərək keçid hakimiyyətlərini formalaşdırdığını elan edib. Suriya prezidenti Bəşər Əsəd müxalifətlə danışıqlardan sonra istefa verib və ölkəni tərk edib. Ekspertlər isə bildiriblər ki, Suriyadakı hadisələrlə əlaqədar Yaxın Şərqdə artan gərginlik neft qiymətlərinə kiçik bir geosiyasi risk mükafatı əlavə edir. Bundan əlavə, neft qiymətləri Çin hakimiyyətinin gələn il iqtisadi stimullaşdırmanı artırmaq üçün dünən verdiyi vədlərlə dəstəklənir.
Bugün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da İstehlak Qiymətləri İndeksi göstəriciləri açıqlanacaq. Analitiklər inflyasiyanın noyabr ayında illik ifadədə 2.7%, aylıq ifadədə isə 0.3% təşkil edəcəyini proqnoz edirlər. Həmçinin, Kanada Mərkəzi Bankı çərşənbə günü faiz dərəcəsi ilə bağlı qərarını dərc edəcək. Ekspertlər göstəricinin 3.75%-dən 3.25%-ədək endiriləcəyini ehtimal edirlər.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
5 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
5 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























