Azərbaycanın spirtli içkilər istehsalçısının satışdan gəliri kəskin artıb
"A+CO" ASC (Aplus CO) 2023-cü ili 1 milyon 889 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 45 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci illə müqayisədə 2023-cü ildə "A+CO" şirkətinin xalis mənfəəti 156 min manat və ya 7,6% azalıb.
Marja.az xəbər verir ki, "A+CO" ASC-nin satışdan gəlirləri 2022-ci ildə 31 milyon 747 min manat ikən, 2023-cü ildə 54 milyon 448 min manata yüksəlib (22 milyon 701 min manat və ya 71,5% artıb ). Həmçinin, 2023-cü ildə Şirkətin maya dəyəri üzrə xərcləri 2,5 dəfəyə yaxın (26 milyon 114 min manat və 150%) artaraq 2022-ci ildəki 17 milyon 581 min manatdan 43 milyon 695 min manata yüksəlib. Şirkətin ümumi və inzibati xərcləri də artıb, 2 milyon 243 min manat debitor borclar üzrə itiki baş verib. Xərclər gəlirlərdən daha çox artıdığı üçün "A+CO" ASC-nin xalis mənfəəti azalıb.
14.09.2023-cü il tarixndə təsisçi dəyişikliyinə görə, "A+CO" ASC-nin nizamnamə kapitalının 100%-i Nəbiyev Elburus Ənvər oğluma məxsus olub.
Xırdalan şəhərində yerləşən "A+CO" ASC spirt, çaxır, araq və konyak məhsulları istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
1 saat əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb






















