“EY İlin İş Adamı 2025” mükafatının qalibi yaxın zamanda məlum olacaq
“EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan sahibkarların adları açıqlandı.(®) “EY İlin İş Adamı” müsabiqəsi innovativ düşüncə tərzinə malik olan, uğur qazanmaq və cəmiyyətə müsbət təsir göstərmək niyyətini rəhbər tutan iş adamlarını bir araya gətirən nüfuzlu və unikal proqramdır. Bu müsabiqə məqsədlərinə doğru inamla irəliləyən sahibkarları təqdir edir və onların nailiyyətlərini tanıyır.
Bu il 13 iddialı namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq.
EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu ilki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan sahibkarları təqdim edir:
Arzu Abbasov- Abfarma
Bəhruz Rüstəmov- Upsystems ( www.upsystems.az )
Elçin Əliyev- Regional Hospital
Fəxri Qasımov- GuavaLab ( https://guavalab.az/en )
Fərrux Baxşıyev- ALS Global Transport ( https://alservices.az/en/ )
Gülbəniz Məmmədova- Princeps Legem ( https://prlegem.com/ )
Kamran Salayev- Spektr Group ( https://spektrgroup.az/ )
Kənan Seyidəli- Neon Agency ( NEON | Marketing Agency )
Səbinə Pərvizi – BloomGroup ( www.bloomgroup.az )
Səbinə Qazizadə - SDA Consulting ( http://www.sdaconsulting.az/)
Səidənur Sideif-zadə - Self Salon
Şaiq Qəribzadə- AzeriExpress ( https://www.azeriexpress.com/ )
Teymur Rzayev- Ləzzət Biskvit və Şokolad fabriki ( https://nati.az/ )
Müsabiqənin qalibi sahibkarlıq ruhu, məqsədyönlük və ictimaiyyətə göstərilən müsbət təsir kimi amilləri qiymətləndirəcək müstəqil münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir:
Aliyə Əzimova - Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri
Əfqan İsayev – SOCAR-ın vitse-prezidenti
Mir Camal Paşayev – Paşa Holdinq-in Direktorlar Şurasının sədr müavini
Qustaf Nobel – "Conversus" şirkətinin Baş İcraçı Direktoru
Teybə Quliyeva - "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi
Müsabiqənin baş sponsoru ABB-dir. bp şirkəti proqramın təşkili ilə bağlı maliyyə dəstəyi göstərir, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşlarıdır.
Müsabiqənin qiymətləndirmə mərhələsi fevral ayında keçiriləcək. Milli mərhələnin qalibi və müxtəlif nominasiyalar üzrə qaliblər fevral ayında Bakı şəhərində keçiriləcək təntənəli mərasim zamanı elan olunacaq.
Milli mərhələnin qalibi iyun ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəni təmsil etmək şansı qazanacaq.
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş və 1986-cı ildən etibarən keçirilən “EY İlin İş Adamı” müsabiqəsi 60-dan çox ölkə və 145-dən çox şəhərdə təşkil olunur.
İşgüzar aləmdə yüksək nüfuz qazanmış “EY İlin İş Adamı” müsabiqəsi müvəffəqiyyətə nail olmaq əzmi nümayiş etdirən iş adamlarına dəstək göstərmək məqsədi daşıyır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 25 d. əvvəl
-
-
35 d. əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
11 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
13 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Ən çox oxunanlar
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti























