Ötən il Qəbələyə gələn xarici turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib
Keçən il Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 102 min 105 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 39 min 137 nəfəri və ya 38,3 faizi Azərbaycan, 62 min 968 nəfəri və ya 61,7 faizi xarici ölkə vətəndaşı olub.
Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 22 min 282 nəfər və ya 27,9 faiz artıb. Ötən ilin yanvar-dekabr aylarında yerli turistlərin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1384 nəfər və ya 3,6 faiz, əcnəbi turistlərin sayında isə 20 min 898 nəfər və ya 49,6 faiz artım qeydə alınıb.
2024-cü ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, keçən il bu ölkənin 27 min 846 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 11916, Birləşmiş Ərəb Əmirliklərindən 6671, Pakistandan 3062, Küveytdən 2770, Gürcüstandan 1134, Rusiyadan 978, Qətərdən 973, Omandan 886 , İsraildən 744, Türkiyədən 307, Böyük Britaniyadan 256, ABŞ-dan 255, Bəhreyndən 212, Özbəkistandan 81, Qazaxıstandan 80, İrandan isə 66 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
Ötən il Qəbələ rayonu ərazisində yerləşən 20 mehmanxana və mehmanxana tipli müəssisədən 17-si fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 39,5 manat təşkil edib. Turistlərin qonaqlama müddəti 1-2 gün olub. Bu müddətdə turizm obyektlərində 943 işçi çalışıb.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 51 d. əvvəl
-
-
1 saat əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
11 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
13 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
SpaceX tarix yazdı: IPO-dan 85,7 milyard dollar cəlb edildi
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Ən çox oxunanlar
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti

























