"Premium Bank" 2024-cü ili xalis mənfəətlə başa vurub – 30 FAİZƏ YAXIN ARTIM
"Premium Bank" ASC 2024-cü ili 9 milyon 684 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 7 milyon 453 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, "Premium Bank"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 2 milyon 231 min manat və ya 29,9% artıb.
GƏLİRLƏRİ SABİT QALIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Premium Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ildə 49 milyon 621 min manat ikən, 2024-cü ildə 49 milyon 188 min manat təşkil edib.
XƏRCLƏRİNİ AZALDIB
Ötən il "Premium Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 4 milyon 141 min manat və ya 9,8% azalaraq 37 milyon 979 min manata düşüb. Xərclərin azalması ilə əlaqədar olaraq "Premium Bank"ın əməliyyat mənfəətində artım baş verib.
Ötən il "Premium Bank"ın əməliyyat mənfəəti 11 milyon 209 min manat təşkil edib. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 1 milyon 172 min manat mənfəətə əlavə olunub. Bank 12 milyon 381 min manat mənfəət vergisindən əvvəlki mənfəətindən 2 milyon 697 min manat mənfəət vergisi ödəyib.
Qeyd edək ki, 2023-cü ildə "Premium Bank"ın əməliyyat mənfəəti 7 milyon 501 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 26 min manat mənfəətə əlavə olunmuşdu.
İSTEHLAK KREDİTLƏRİ PORTFELİ 2 DƏFƏDƏN ÇOX ARTIB
31 dekabr 2024-cü il tarixində "Premium Bank" 466 milyon 649 min manat cəmi kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. O cümlədən, portfelin 40 milyon 673 min manatını istehlak kreditləri təşkil edib. Bank ötən ildən riteyl bankçılığa (geniş kütləyə) fokuslanıb və bunu nəticəsi olaraq istelak kreditləri portfeli 2 dəfədən çox və ya 21 milyon 425 min manat artıb. Bankın ipoteka kreditləri portfeli isə 8 milyon 859 min manat və ya 13,2% artaraq 75 milyon 838 min manata yüksəlib.
ƏN ÇOX MƏCMU KAPİTALA MALİK OLAN BANKLARDAN BİRİDİR
31 dekabr 2024-cü il tarixində "Premium Bank" 640 milyon 892 min manat cəmi aktivlərə və 172 milyon 664 min manat məcmu kapitala malik olub. Bankın məcmu kapitalı Mərkəzi Bankın tələbindən (minimum 50 milyon manat) 3,4 dəfə çoxdur.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 saat sonra
-
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
13 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 14 saat əvvəl
-
16 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
16 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb



























