Dünyanın ən yaxşı 7 südlük inək cinsi
1. Holstein – Bütün südlük inək cinsləri arasında ən məşhurudur. Bu cinsin nümayəndələri ağ, qara və bəzən də qırmızı rəngin müxtəlif çalarlarında olur. Onların izləri insan barmaqlarının izləri kimidir. Holstein inəklərinin izləri bir-birinə oxşamır. Digər inək cinsləri ilə nisbətdə daha çox süd verdikləri üçün südlük mal-qara ticarətinin əsas hissəsini Holstein cinsi təşkil edir.
2. Jerseys – Britaniyanın “Cörsey” adasından qaynaqlanan bu cins çox vaxt qəhvəyi-sarı bədənə dəriyə malik olub açıq rəngli qarın hissəsi və qara rəngli tünd pəncələri ilə tanınır. Onların südü digər inək cinsləri ilə nisbətdə ən zəngin qida maddələrinə malik süd hesab edilir ki, tərkibindəki yağın miqdarına görə ondan həm yağ, həm də pendir almaq olur.
3. Guernseys– Südünün tərkibindəki qızılı rəngə görə onu “Kral Cinsi” də adlandırırlar. Qızılı ton A vitaminin qaynağı olan beta karotenin olduqca yüksək dozaya malik olması ilə əlaqədardır. Bu cinsin nümayəndələri də özlükdə qızılı rənglə örtülmüş ağ zolaqlı dəriyə malikdir. Adından göründüyü kimi bu inəklərin mənşəyi Britaniya Kanal Adalar qrupunda yerləşən “Guernseys” adasına gedib çıxır.
4. Ayrshires-qırmızıtəhər-qəhvəyi zolaqlara malikdir. Onlar ilk dəfə Ayr Şotlandiyada yetişdirilmiş, Amerikaya 1822-ci ildə gətirilmişdir.
5. Brown Swiss– Adından göründüyü kimi İsveçrənin yerli cinslərindən biri kimi həm də, ən qədim inək cinsidir. Rəngi açıq və tünd qəhvəyinin müxtəlif çalarlarında, bəzən isə boztəhər olur. Amma onları geniş, tüklü qulaqlarından asanlıqla tanımaq olur. Bu cins inəklərin çox həlim təbiəti var.
6. Milking Shorthorns– Həm də Durham adı ilə tanınan bu cins İngiltərəinin şimal-şərqindən qaynaqlanır. Məsələn, ABŞ-da Vaşinqtonda südlük fermalarının əsası 1830-cu illərdə iyirmiyə yaxın Durham inəkləyinin idxal edilməsi ilə başladı. Bu cinsin nümayəndələri qırmızı dərili, ağ zolaqlı qırmızı dərili və ya ağ və boztəhər olurlar.
7. Dutch Belted - Bütün inək cinsləri arasında onları bədənlərinin orta hissəsindəki “ağ iri kəmər”lərə görə seçmək asandır. Hal-hazırda ABŞ-da 300-dən az sayı qalıb.
ƏN YAXŞI BEŞ ƏTLİK MAL-QARA CİNSLƏRİ
Angus
Angus cinsi ilk olaraq, 1873-cü ildə Şotlandiyadan gətirilərək Kanzas Viktoriyaya təqdim edilmişdir. O vaxtdan başlayaraq, ABŞ-da ən çox mal əti verən inək cinsi olduğu üçün Amerika Angus Birliyi iddia edir ki, Angus cinsindən olan mal-qara kommersial ticarətin 60 %-dən çoxunu təşkil edir.
Ətlik Agnus Sertifikatına uyğunluq üçün heyvanlar rəng, cansız ətdə yağın miqdarı, qabırğa uzunluğu kimi on ciddi tələblərə cavab verməlidirlər.
Hereford
Texas Longhorn (qısaca, Durham) Hereford Amerikanın ən əsas mal-qara cinsinə çevrilmişdir. 1817-ci İngiltərə, Herefordşirdən idxal edilmiş və mühacirlər Qərbi Amerikada məskən saldıqca, onlar da yayılmışdır. Hereford erkən yetkinlik və məhsuldarlığına görə məşhurlaşdı. Hereford 1960-cı illərdən bu tərəfə dominant və bir çox mələz proqramlarının inkişafında təsirli cins olaraq qalır.
Gelbvieh
Gelbvieh qədim Alman mal-qara cinslərindən biri olub ilk dəfə 1850-ci ildə Bavariyanın üç Frankon rayonunda inkişaf etdirilmişdir. İkinci Dünya müharibəsindən sonra Almaniya öz mal-qarasını yenidən populyasiya etmək üçün döl-test sistemi üçün konfiqurasiya, gövdə keyfiyyəti, süd keyfiyyəti kimi informasiyalardan istifadə etməklə, sərt seçim proqramı başlatdı. Bu cins Amerikaya 1971-ci ildə idxal olundu, hansı ki, hal-hazırda təxminən qeydiyyata alınmış 45,000 Gelbveih inəyi var.
Limuzin
Limuzin cinsi mərkəzi Fransanın qədim Limuzin ve Marche vilayətlərinin yerli cinsidir. Fransız təsərrüfatçıları inəklərdə böyük süd vəzilərinə, bədən uzunluğuna, yaxşı inkişaf etmiş quyruq, güclü əzələli arxa gövdə kimi məsələlərə böyük diqqət yetirirdilər. Nəticədə isə ət istehsalı üçün uyğun olan səmərəli, ətli-canlı və adaptasiya edilə bilən heyvan cinsi alınırdı. Amerikaya 1971-ci ildə idxal olunan (əzələ və məhsuldarlıq) Limuzin cinsi Angus cinsi (cansız ətdə yağın miqdarı, analıq instikti kimi xüsusiyyətlərinə görə məşhur olan cins) ilə hibrid olunmuşdur ki, məşhur Lim-Flex hibrid-cins yaranmışdır.
Simmental
Simmental İsveçrənin Bern şəhərində 1806-cı ildə yaradılmışdır və 1971-ci ildə Amerikaya təqdim olunmuşdur. DÜnya mal-qara cinsləri arasında bu cins Brahman cinsindən sonra ikinci məhsuldar cins sayılır. Amerikan Simmental istehsalçıları ekstensiv cins artımı texnologiyasından istifadə etməklə yüksək məhsuldarlıq göstəricilərini qoruyub saxlayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
10 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
11 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
13 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib



























