Kredit götürən şəxs vəfat edərsə, onun kreditini kim ödəməlidir?
2024-cü il dekabr ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat olub və bu da əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir.
Müəyyən səbəblərdən kredit ödənişində yaranmış çətinlik ölkədə ödəmə vaxtı keçmiş kreditlərin fazi göstəricisinə təsir edir. "Mülki Məcəllə"yə görə, kredit götürən şəxs dünyasını dəyişərsə kredit borcu onun mülkiyyəti hesabına ödənilir.
Kredit müqaviləsi ərzində borclu vəfat edərsə və ya əmək qabiliyyətini itirərsə, kredit götürən şəxsin həyatı sığortalanıbsa, yalnız bu halda borc sığorta şirkəti tərəfindən ödənilir. Bu sığorta məhsulu vərəsələrin (və ya zamin) kredit borcunu ödəmək məcburiyyətindən qoruyur.
Beynəlxalq praktikaya uyğun olaraq, Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadə vacib hesab olunur. Əgər krediti götürən şəxs həyat sığortasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır.
Eyni zamanda, "Kredit Həyat Sığortası" məhsulu çox sərfəli qiymətə təklif olunur. Kredit götürən şəxs bu sığorta növü ilə həm özünü, həm də ailəsini gözlənilməz hadisələrə qarşı qoruyur.
Ətraflı məlumat üçün (012) 942 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz: https://pasha-life.az/products/kredit-heyat-sigortasi/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
5 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
5 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
6 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























