“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə Amerikada inflyasiyaya dair məlumatların proqnozların altında dərc olunması və prezident Donald Trampın tarif siyasətinin beynəlxalq münasibətləri gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında ucuzlaşması tendensiyası davam edib. Belə ki, EURUSD valyuta cütlüyü həftə ərzində 1.09600 səviyyəsindən dəstək alaraq bahalaşıb və bugün səhər 1.14730 səviyyəsinə qədər artım göstərib. Bu, 2022-ci ilin fevral ayından bəri ən yüksək həddir. USDJPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana, ilk dəfə 142.060 səviyyəsinə qədər ucuzlaşıb. EURGBP cütlüyü isə 2009-cu ilin iyun ayından bəri, ən yüksək səviyyəyə, 0.87380 həddinə qədər qalxıb.
Dolların ucuzlaşması investorların “güvənli liman” maliyyə aləti olaraq qızıla olan marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3245$ səviyyəsinə qədər bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 64$ həddinin üzərində möhkəmlənməyə çalışır. Hazırda “qara qızıl” beynəlxalq birjalarda 64.10$-a ticarət olunur. “Bitcoin”-in qiyməti isə ötən həftə 74500$ səviyyəsinə kimi ucuzlaşıb.
ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatlara əsasən, mart ayında ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4% artıb. Qiymət artımı fevral ayında dərc olunan 2.8%-lik göstəriciyə nisbətən zəifləyib. Aylıq ifadədə CPI indeksi fevral ayı ilə müqayisədə mart ayında 0.1% azalıb. Bu, 2024-cü ilin iyun ayından bəri, göstəricidə müşahidə olunan ilk azalmadır. Ölkədə baza inflyasiya indeksi (Core CPI) mart ayında fevral ilə müqayisədə 0.1%, illik ifadədə isə 2.8% artıb.
Cari həftə ərzində isə Avropa Mərkəzi Bankının faiz qərarı, ECB və FED sədrləri Kristin Laqard ilə Cerom Pavelin çıxışları, eləcə də, Avrozonada və İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksinə (CPİ) dair göstəricilər dünya birjalarında ciddi dalğalanmalara səbəb ola bilər.
Bu həftə eləcə də, Kanada və Türkiyə mərkəzi banklarının faiz qərarları, həmçinin Kanada və Yeni Zelandiyada açıqlanacaq CPİ hesabatları investorların diqqət mərkəzində saxlayacaqları əsas xəbərlər arasında yer alırlar.
Qeyd edək ki, dünya birjalarında "Müqəddəs Cümə Günü" (Pasxa bayramından öncəki cümə) ilə əlaqədar olaraq cümə günü volatilliyin kəskin azalacağı ehtimal olunur.
EUR
İnvestorların Amerikanın xarici ticarət siyasətində yaşanan dəyişikliklər, ABŞ prezidenti Donald Trampın avropa mallarına tətbiq etdiyi son gömrük tariflərinin gələcək təsirlərini qiymətləndirmələri səbəbilə dolların dünya birjalarında kəskin ucuzlaşması fonunda EURUSD məzənnəsi bahalaşaraq 1.14730 hədlərinə yüksəldi. Hazırda 1.13700 səviyyəsində ticarət olunan EURUSD məzənnəsində “buğalar” qiyməti 1.13$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftə 1.3144$ həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, həftəni 1.30790 səviyyəsində tamamladı. Hazırda 1.31100 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.31$ həddinin üzərində qoruyub saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə İngiltərədə açıqlanacaq inflyasiya və əmək bazarı hesabatları funtun qiymətlərinə ciddi təsri edə bilər.
XAU/USD
Tariflərin qlobal iqtisadiyyata təsiri ilə bağlı artan narahatlıqlar fonunda investorlar təhlükəsiz sığınacaqlara axın etdikcə qızılın qiyməti bir unsiya üçün 3245$-a yüksələrək bütün dövlərin rekord həddinə çatdı. Hazırda, 30232.70$-dan ticarət olunan qiymətli metalda “buğalar” qiyməti 3250$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası 3350$ - 3400$-a kimi, davam edə bilər. Analitik şirkətlərin ehtimallarına əsasən, mövcud iqtisadi və geosiyasi şərait davam edərsə, “sarı metal” 3500$ - 3700$-a kimi bahalaşa bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
5 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
5 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
5 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
6 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























