BOKT "International”ın istiqrazlarına böyük sayda sifariş oldu
İstiqrazlara 50 investordan 50 sifariş olub. 250 min manatlıq istiqrazlar tam həcmdə yerləşdirilir.10 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 250 min manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Marja.az xəbər verir ki, qeyd olunan AZ2026021025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 01.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "International” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2026021025
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 250 ədəd
İlkin ticarət qiyməti: 1 000 manat
Buraxılış həcmi: 250 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti: 2 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 250 000 manat
Reallaşdırılmış həcm: 250 000 manat
Minimal qiymət: 1000 (15%) manat
Maksimal qiymət: 1000 (15%) manat
Ehtimal olunan kəsmə qiymət*: 1000 (15%) manat
Ortaçəkili qiymət: 1000 (15%) manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
9 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
10 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
11 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
11 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib

























