Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti 4 dəfəyə yaxın artıb
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (hazırda Azərbaycan Biznesinin İnkiaşfı Fondu) 2024-cü ili 47 milyon 314 min manat xalis mənfəətlə başa vurub.
Fondun maliyyə hesabatına görə, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur.
Ötən il SİF-in əsas əməliyyat (faiz) gəlirləri 27 milyon 505 min manat (əvvəlki ilə nisbətən 35,2 % çox), digər (qeyri-faiz) əməliyyat gəlirləri 182 min manat (2,4 dəfə az), ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 31 milyon 806 min manat (18 dəfə çox), əməliyyat xərcləri 8 milyon 111 min manat (9 % çox), mənfəət vergisi ödəmələri isə 4 milyon 68 min manat (56,2 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə SİF-in aktivləri 1 milyard 57 milyon 388 min manat olub ki, bu da illik müqayisədə 4,5 % çoxdur. Bunun 679 milyon 196 min manatı kredit təşkilatlarına verilmiş borclardır. Ötən il Fondun kredit portfeli 0,2 % kiçilib.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7 milyon 307 min manatdır.
Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmana sasən, SİF və İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu yaradılıb. Dövlət başçısı 23 dekabr 2024-cü il tarixində isə Fondun fəaliyyətinin təmin edilməsi, bununla bağlı bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
21 d. əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 26 d. əvvəl
-
46 d. əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 54 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
2 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Ən çox oxunanlar
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”























