"Kəndli yaxşı yaşamaq istəyirsə, bir iş ilə qənaətlənməməlidir"
Böyük Qafqaz sıra dağlarının ətəyində binə qurmuş oğuzlular fındığı özlərinin çörək ağacı hesab edirlər. Burada hər həyətdə olan fındıq ağacları bir yana, əksər insanların dədə-babadan qalma və ya özlərinin yaratdıqları iri bağçılıq təsərrüfatları var. Belə təsərrüfatlar bütün kəndlərdə, o cümlədən Padarda da az deyil.
Oğuz Rayon İcra Hakimiyyətinin Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qərib Yunusov dedi ki, kənd sakinlərinin əsas məşğuliyyət sahələri heyvandarlıq, taxılçılıq və bağçılıqdır. Son illər bağçılığa maraq daha çox artıb.
Təkcə son bir ildə kənddə 200 hektardan çox sahədə fındıq əkilib. Ümumiyyətlə, kənddə 500 hektardan çox fındıq sahəsi var. Dövlətin bu sahəyə diqqət ayırması fermerlərin də marağını artırıb. Hazırda bağlarda 200-ə yaxın adam çalışır.
Padar kənd sakini, uzun illər fındıqçılıq sahəsində çalışan Müşfiq Dadaşov deyir ki, fındıq təkcə Padar kəndinin deyil, ümumilikdə Oğuz rayonunun ənənəvi və strateji əhəmiyyətli məhsullarındandır. İnsanlar üçün etibarlı iş yeri və gəlir sahəsidir. Kənddə fındıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
M.Dadaşov həmişə həyətlərində çoxlu sayda fındıq ağacı görüb. Məhz fındığın hesabına evləri ruzili, təknələri çörəkli olub. Ona görə də hələ orta məktəbdə oxuyarkən bu sahəyə maraq göstərib. Bu maraq onu Gəncə şəhərində Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə aparıb. Hazırda öz təsərrüfatından savayı, həm də bir sıra şirkətlərin ümumilikdə 200 hektarlıq böyük fındıqçılıq təsərrüfatlarında aqronom kimi çalışır.
Padar kənd sakini Söhrab Qədimovla istifadəsində olan fındıq bağında görüşdük. Sahəyə daxil olan kimi hiss edirsən ki, bağ bağbanın nəzarətindədir. Həm buradakı səliqə-sahman, həm də ağaclardakı bol məhsul bağda aqrotexniki tələblərə əməl edilməsindən xəbər verirdi. Söhrab Qədimov deyir ki, artıq yay fındığının yığılıb qəbul məntəqələrinə verilməsi prosesi başa çatıb: “Payız fındığı ilə müqayisədə yay fındığı ağacları az olduğu üçün məhsul da çox olmur. Ona görə də əsas işimiz payız fındığı zamanı olacaq”.
O hesab edir ki, kənddə yaşayan insan əgər yaxşı yaşamaq, ailəsini daha yaxşı dolandırmaq istəyirsə, heç də bir təsərrüfat sahəsi ilə qənaətlənməməlidir. Fərqli fəaliyyət sahələrinin olması riskləri azaldır. Bu baxımdan bağın sahəsi böyük olsa belə, kəndli ümidini yalnız fındığa bağlamamalıdır. Ona görə də S.Qədimov paralel olaraq başqa sahələrə də maraq göstərir, o cümlədən mal-qara da saxlayır. Ailəsinin ehtiyacını təmin etdikdən sonra qalan məhsulları bazara çıxarır.
Söhrab Ələsgər Həsənovla birlikdə kənd ərazisindəki bələdiyyəyə aid sahədən 4 hektar icarəyə götürüb. Əvvəlcə sahəni hasara alıblar. Sonra ərazini şumlayaraq aqrotexniki tələblər əsasında yeni tinglər əkiblər. Tingin birini başqa təsərrüfatlardan 12 qəpiyə alsalar da, əkini əlavə xərclər olmasın deyə özləri aparıblar. Əsasən yerli “Ata-baba” sortuna üstünlük veriblər. Sonradan fındıq ağaclarının arasına arpa səpiblər. Dediyinə görə, yaxşı da məhsul götürüblər: hər hektardan 20 sentner. Arpanın bir hissəsini toxumluq, qalanını şəxsi təsərrüfatlarında olan mal-qaraya vermək üçün saxlayıblar.
Özlərinin dövlət dəstəyi sayəsində lizinq yolu ilə aldıqları ekskavator və traktorları da var. Bu da onların işlərini və xərclərini xeyli azaldır. Ələsgər Həsənov deyir ki, əziyyət çəkən həmişə bəhrəsini görür. Ona görə də həmişə işə ürəklə girişir. Onun da Söhrab kimi şəxsi heyvandarlıq təsərrüfatı var. Hazırda başlıca çətinlikləri su ilə bağlıdır. Kənddə təxminən 2-3 artezian quyusu olsa da, bəs etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
36 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq saziş imzalanacaq
- 36 d. əvvəl
-
52 d. əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
56 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB





















