“PSG-Kapital”ın xalis mənfəəti artıb – ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
“PSG-Kapital İnvestisiya Şirkəti” ASC 2024-cü ili 365 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 265 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “PSG-Kapital”ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 100 min manat və ya 37,7% artıb.
Marja.az “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə auditor hesabatına istinadən xəbər verir ki, keçən il Şirkətin faiz gəlirləri 72 min manat və ya 9,95% azalaraq 647 min manat, qeyri-faiz gəlirləri isə 409 min manat və ya 27,3% azalaraq 1 milyon 89 min manat təşkil edib. Eyni zamanda, “PSG-Kapital”ın qeyri-faiz xərcləri 606 min manat və ya 32,3% azalaraq 1 milyon 267 milyon manata düşüb. Gəlirlərin 481 min manat azalmasına qarşı, xərclərin daha çox - 609 min manat azalması “PSG-Kapital”ın mənfəətinin artmasını təmin edib. Qeyri-faiz xərclərinin azalmasına maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin 2,8 dəfə azalaraq 399 min manata düşməsi səbəb olub.
Ötən il “PSG-Kapital İnvestisiya Şirkəti”nin qiymətli kağızlarla bağlı dilinq əməliyyatları üzrə xalis gəliri 73% artaraq 553 min manata yüksəlib.
ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2024-cü il tarixində “PSG-Kapital” 32 milyon 698 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 12 milyon 942 min manat cəmi aktivlərə malik idi. Şirkətin cəmi aktivlərinin 2,5 dəfə artması müştərilərin vəsaitlərinin 6 dəfədən çox artaraq 23 milyon 600 min manata yüksəlməsilə əlaqədardır.
31 dekabr 2024-cü il tarixində "PSG-Kapital İnvestisiya Şirkəti" ASC-nin 6 milyon 250 min manat nizamnamə kapitalının 100%-i Faiq Məmmədova məxsus olub.
"PSG-Kapital İnvestisiya Şirkəti" ASC 27 iyul 2012-ci il tarixində Azərbaycan Respublikasında təsis olunub. Cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2002388681 saylı lisenziya əsasında 27 iyul 2012-ci ildən etibarən fəaliyyət göstərir. İnvestisiya xidmətlərinin göstərilməsi üçün tələb olunan lisenziya Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 31 oktyabr 2022-ci il tarixində verilib. Cəmiyyətin əsas fəaliyyəti yerli və beynəlxalq qiymətli kağızlar bazarlarına investisiya qoymaq istəyən müştərilərə investisiya xidmətlərinin və əsasən qiymətli kağızlarla əməliyyatlar ilə bağlı xidmətlərin göstərilməsidir. Xidmətlərin siyahısına, əsasən, brokerlik, diler fəaliyyəti, aktivlərin idarə edilməsi daxildir. Cəmiyyət qiymətli kağızların ticarətini yerli və beynəlxalq bazarlarda həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
46 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
52 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
3 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























