Azərbaycanla Vyetnam arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Hanoyda VINEN və AZPROMO, Phong Phu Corporation və GP Cotton Holdings, Tuong Vu JSC. CO və Fresh - Meat, ANC Group MMC və 7 Center, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıbHanoyda Vyetnam - Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirilib. Biznes Şurası və Forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.
Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long deyib ki, Azərbaycan Qafgaz regionunda Vyetnamın ilk strateji tərəfdaşıdır. Bu da ölkələrmiz arasında dərin siyasi etimadı və əməkdaşlıq üçün geniş potensialı əks etdirir. Vyetnamın Sənaye və Ticarət Nazirliyi və müvafiq qurumlar Azərbaycanla sıx əməkdaşlıq etməyə, şirkətlərə şərait yaratmağa hazırdırlar.
Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, yarım əsrdən artıq tarixi olan Azərbaycan-Vyetnam dostluğu, eləcə də bu ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın ölkəmizə səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatla strateji səviyyəyə yüksəlmiş münasibətlərimiz güclü iqtisadi tərəfdaşlıq üçün möhkəm baza təşkil edir. Bu əsas üzərində qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi, ticarət dövriyyəsinin, investisiya axınlarının artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Biznes Şurası və Forumu əhəmiyyətli platformalardır. Azərbaycan iqtisadiyyatının şaxələndirmə mərhələsinə qədəm qoyduğu, xarici investorlar üçün rəqabətədavamlı və sabit mühit formalaşdırıldığı vurğulanaraq qeyd edilib ki, son 20 ildə ölkə iqtisadiyyatına qoyulmuş təqribən 350 milyard ABŞ dolları məbləğində sərmayənin yarıdan çoxunun xarici investisiya olması bu etimadın bariz göstəricisidir. Bildirilib ki, sənaye parkları, azad iqtisadi zonalar, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının Azərbaycan üzərindən keçməsi ölkəmizi geniş coğrafiyada strateji iqtisadi qovşağa və mühüm regional mərkəzə çevirib. Eyni zamanda Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyindəki rolu hazırda zəngin bərpa olunan enerji potensialı və yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişlənir.
Nazir Pərviz Şahbazov deyib: “Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda, Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik.”
Tədbir çərçivəsində VINEN və AZPROMO, Phong Phu Corporation və GP Cotton Holdings, Tuong Vu JSC. CO və Fresh - Meat, ANC Group MMC və 7 Center, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb. BOEMDA ilə “ROX Group” SC arasında imzalanmış bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.
Biznes Şurası və Forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin şirkətlərinin iştirakı ilə panel müzakirələri və B2B görüşləri ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
47 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
53 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
3 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
























