Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
ermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilibNaxçıvan Muxtar Respublikasında 2025-ci ilin taxıl biçini yekunlaşıb. Bu il muxtar respublika üzrə ümumilikdə 17 582,7 hektar sahədə taxıl əkilib. Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, bunun 16 946,5 hektarını payızlıq, 636,2 hektarını isə yazlıq əkinlər təşkil edib. Əkin sahələrinin 8 275,8 hektarında buğda, 9 306,9 hektarında isə arpa yetişdirilib.
Biçin nəticəsində ümumilikdə 37 648,8 ton məhsul əldə olunub. Bu məhsulun 18 136,9 tonu buğda, 19 511,9 tonu isə arpa olub. Muxtar respublika üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar təşkil edib. Ən yüksək məhsuldarlıq göstəricisi 36,8 sentner/hektar Sədərək rayonunda qeydə alınıb.
Bu il Naxçıvanda taxıl əkininə görə 5 512 fermerə ümumilikdə 3,7 milyon manatdan çox subsidiya ödənilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövsümün nəticələri və qarşıdan gələn əkin dövrünə hazırlıqla bağlı keçirilən iclasda komissiya yaradılıb. Yeni yaradılmış komissiya payızlıq əkinlərin proqnozlaşdırılması, istehsalçıların kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının öyrənilməsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi, eləcə də Naxçıvanın torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat işlərini tənzimləyəcək. Bununla yanaşı, suvarma işlərinin səmərəli təşkili və əkinlərin optimal müddətdə aparılması da komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır.
Komissiyanın fəaliyyəti çərçivəsində görüşlər keçiriləcək, əkin prosesinin gedişi ilə bağlı operativ və məqsədyönlü tədbirlərin icrası təmin ediləcək
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 20 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 3 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Rəsmi məzənnələr açıqlandı
Yaponiya faiz dərəcəsini son 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir























