FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (Fed) 9 aylıq fasilədən sonra ilk dəfə faiz endiriminə gedib. ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) sentyabr iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4–4,25 faiz aralığına endirib. Bazarın orta gözləntisi də 0,25 faiz bəndi həcmində endirim idi. Bankın son proqnozlarına əsasən, Fed rəsmiləri cari il ərzində daha iki dəfə faiz azaldılmasını nəzərdə tutur.ABŞ Mərkəzi Bankının (FED) faiz qərarını açıqlayıb.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED faizlərini 0,25 faiz bəndi azaladaraq 4–4,25 faiz aralığına endirib. İqtisadçıların əksəriyyəti də FED-in faizlərini 0,25 faiz bəndi azaldaraq 4–4,25 faiz müəyyən edəcəyini gözləyirdilər.
Əgər FED faizlərini 0,50 faiz bəndi azaldardısa, bu qərar bazarlar üçün sürpriz olacaqdı.
Qərar 11 lehinə, 1 əleyhinə səslə qəbul olunub.
Fed rəsmiləri Prezident Donald Trampın aqressiv siyasətlərinin iqtisadiyyata təsirlərini izləmək məqsədilə dekabr ayından bəri faiz dərəcələrinə toxunmamışdı. Bank iyul iclasında da faizləri dəyişməz saxlamış, lakin FED rəhbərliyinin üzvləri Mişel Bouman və Kristofer Valler bu qərara qarşı çıxmışdılar.
Trampın FED-in İdarə Heyətinə təyin etdiyi Stefan Miran isə sentyabr səsverməsində 0,50 faiz bəndi həcmində daha kəskin endirimin tərəfdarı olub.
Faizlərin azaldılmasında məqsəd zəifləyən əmək bazarını dəstəkləməkdir.
Saat 22:30-da mətbuat qarşısına çıxacaq Fed sədri Cerom Pauellin gələcək aylarda faiz dərəcələrinin trayektoriyası ilə bağlı verəcəyi mesajlar diqqətlə izlənəcək.
Fed üzvlərinin 2025-ci il sonu üçün faiz gözləntisi 3,9 faizdən 3,6 faizə enib.
Qərar mətnində məşğulluq bazarına dair risklərin artdığı, inflyasiyanın isə “bir qədər” yüksək qaldığı vurğulanıb. Yeni proqnozlara əsasən, Fed rəsmiləri bu günkü addımdan sonra il sonuna qədər faizləri əlavə yarım faiz bəndi azaltmağı planlaşdırır.
FED proqnozlarında da dəyişikliklər edilib. 2026-cı il sonu üçün faiz gözləntisi 3,6 faizdən 3,4 faizə, 2027-ci il üçün isə 3,4 faizdən 3,1 faizə endirilib.
Üzvlərin 2025-ci il üçün iqtisadi artım proqnozu 1,4 faizdən 1,6 faizə, 2026-cı il üçün isə 1,6 faizdən 1,8 faizə qaldırılıb. 2027-ci il üçün gözlənti isə əvvəlki 1,6 faizdən 1,8 faizə yüksəldilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
10 d. əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 16 d. əvvəl
- 21 d. əvvəl
-
46 d. əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
-
1 saat əvvəl
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü
-
1 saat əvvəl
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Ən çox oxunanlar
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir























