Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması" xidmətini istifadəyə verib.
Büronun yaydığı məlumatda bildirilir ki, yeni sistem İSB-nin iştirakçısı olan sığorta şirkətlərinə könüllü və ya icbari sığorta müqaviləsi bağlamaq istəyən şəxsin yazılı razılığı əsasında onun səbəb olduğu sığorta hadisəsi barədə məlumatları elektron formada təqdim etməyə imkan yaradır.
Vətəndaşlar bu razılığı vermək üçün İSB-nin informasiya sistemindəki şəxsi kabinetə gücləndirilmiş elektron imza vasitələri (myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza)) ilə daxil ola bilərlər.
Şəxsi kabinetdə “Hadisə tarixçəsi ilə bağlı razılıq ərizəsi” bölməsindən yeni ərizə yaradıla, “bütün müraciətlərim” bölməsindən mövcud ərizələr izlənilə və istənilən vaxt xitam edilə bilər.
Razılıq yalnız vətəndaşın göstərdiyi tarixlərdə qüvvədə olur və bu müddət 6 (altı) aydan çox ola bilməz.
Ərizəçi sığortaçıya bu səlahiyyəti 2 formada təqdim edə bilər:
• Birdəfəlik – seçilən tarix aralığında yalnız bir dəfə sorğu üçün;
• Limitsiz – seçilən tarix aralığında istənilən sayda sorğu üçün.
İştirakçı sığorta şirkətləri vətəndaşın verdiyi ərizəyə əsasən, İSB-nin informasiya sistemindən aşağıdakı məlumatları əldə edə bilirlər:
• vətəndaşın səbəb olduğu və ya iştirak etdiyi sığorta hadisələrinin ümumi sayı;
• sığortalı zərərvuran nəqliyyat vasitəsinin növü;
• sığorta hadisəsinin baş vermə tarixi və informasiya sisteminə daxil edilmə tarixi;
• sığorta hadisəsinin növü.
Yeni xidmət sayəsində vətəndaşlar sığorta hadisələri ilə bağlı məlumatların paylaşılmasına dair razılıqlarını elektron formada, təhlükəsiz və operativ şəkildə təqdim edə bilirlər. Eyni zamanda sığortaçılar üçün lazımi məlumatların əldə edilməsi şəffaf, avtomatlaşdırılmış və vaxta qənaət edən şəkildə həyata keçirilir.
Qeyd edək ki, şəxsi kabineti olmayan və gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməyən vətəndaşlar sığorta şirkətlərinə müraciət edərək ərizələrini rəsmiləşdirə bilərlər.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 8 d. əvvəl
- 19 d. əvvəl
-
21 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 31 d. əvvəl
-
48 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 59 d. əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
Ən çox oxunanlar
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu























